20.08.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

2014-cü il 16-20 avqust tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyevin dəvəti ilə Əfqanıstan İslam Respublikası Daxili İşlər Nazirliyi Sərhəd Polisinin Ko­man­danı general-leytenant Məhəmməd Şəfiq Fəzlinin rəhbərlik etdiyi nümayəndə heyəti    Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr olunmuş   təntə­nəli mərasimdə iştirak etmək məqsədilə ölkəmizə səfər etmişdir.

19 avqust 2014-cü il tarixdə  Dövlət Sərhəd Xidmətinin aparatında general-leytenant Məhəmməd Şəfiq Fəzlinin təntənəli qarşılanma məra­si­mi keçirilmişdir. Protokola uyğun olaraq Əfqanıstan İslam Respub­li­ka­sı Sərhəd Polisinin Komandanı Şərəf dəftərinə ürək sözlərini yazmışdır.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Əfqanıstan İslam Respublikası Daxili İşlər Nazir­liyi Sərhəd Polisinin Komandanı general-leytenant Məhəmməd Şəfiq Fəzlinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkib­də görüş keçirilmişdir.

Görüşdə sərhəd təhlükəsizliyi məsələləri, dövlət sərhədlərinin müha­­fizəsinin təkmilləşdirilməsi tədbirləri, əldə­ olunmuş xidməti nailiy­yət­lər müzakirə olunmuş, qurumlar arasın­da əməkdaşlığın perspek­­tiv­lərinə və qarşılıqlı maraq doğuran digər mə­sələlərə dair fikir mübadiləsi aparılmışdır.

Müzakirələr zamanı Əfqanıstan sərhəd polisi əməkdaşlarının DSX Akademiyasında uzun müddətli akademik təlimlərdə, eləcə də müxtəlif ixtisas sahələri üzrə təkmilləşdirmə kurslarında iştirakı ilə bağlı ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Səfər çərçivəsində Əfqanıstan nümayəndə heyəti Bakı şəhərinin  tarixi – mədəni  yerləri ilə tanış edilmişlər.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

                                  Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzi   

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80