+
-
19.08.2014
19.08.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin 95 illik yubiley ərəfəsində Dövlət Sərhəd Xidmətinin növbəti silsilə tədbirlərindən biri də Xudat sərhəd dəstəsinin təşkilatçılığı ilə 14 avqust 2014-cü il tarixdə Xaçmaz Rayon İcra Başçısı Şəmsəddin Xanbabayevin, Qusar və Quba Rayon İcra başçılarının müavinlərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin  ziya­lıların, bələdiyyə və yerli icra nümayəndəliklərinin, icti­maiy­yətin, gənc­lərin və sərhədyanı yaşayış məntəqələri sakinlə­ri­nin­ iştirakı ilə Xaçmaz rayonunun Heydər Əliyev adına Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Sərhəd Mühafizəsinin yaranma tarixindən və inkişaf mərhələlərindən, Dövlət Sərhəd Xidmətində gedən dinamik inki­şaf haqqında tədbir iştirakçılarına geniş məlumat verilmiş “Qəhrə­man Sər­həd­çilər” sənədli filmi nümayiş olunmuşdur.

 Xaçmaz Rayon İcra Başçısı Şəmsəddin Xanbabayev yerli əhalinin dövlət sərhədlərinin  mühafizəsində rolu haqqında çıxış edərək  “Azər­bay­­can Sərhəd Mühafizəsinin 95 illik yubileyi” ilə əlaqədar bütün sər­həd­­­çi­­ləri təbrik etmiş, dövlətimizin sərhədlərinin etibarlı mühafizəsinə görə sərhədçilərə öz dərin minnətdarlığını bildirmişdir.

Tədbir zamanı dövlət sərhədinin mühafizəsində yaxından iştirak etmiş bir qrup sərhədyanı  yaşayış məntəqələrinin sakinlərini, ictimay­yə­t nümayəndələri, Xudat sərhəd dəstəsinin hərbi qulluqçuları Xaçmaz ra­yon­ İcra Başçısı Şəmsəddin Xanbabayev tərəfindən mükafat­landırıl­mış­lar.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir konsert proqramı ilə davam etdirilmişdir.    

                                                Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw