17.08.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə 2014-cü ilin 16-18 avqust tarixlərin­də İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəhbərlik etdiyi nüma­yəndə heyəti ölkəmizə səfər etmişdir.

17 avqust 2014-cü il tarixdə Döv­lət Sərhəd Xidmətinin Apa­ratında general-mayor Qasım Rzainin təntənəli qarşılanma məra­simi keçiri­lmişdir. Rəsmi protokola uyğun olaraq, İran İslam Respublikası Sərhəd Qo­şun­­la­rının Komandanı şərəf kitabına ürək sözlərini yazmışdır.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikası Sər­həd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəh­bərlik etdikləri nümayən­də heyətləri arasında geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılmış, hər iki qurum arasında əməkdaşlığın möv­cud durumu və perspektivləri müzakirə olunmuşdur.

Müzakirələr zamanı qurumlar arasında əməkdaşlığın inkişaf dinamikası müsbət qiymətləndirilmiş, dövlət sərhədindən qaçaq­malçılığa, trans­sər­həd­ cinayətkarlığa qarşı, eləcə də digər qeyri-qanuni fəaliyyət­lə­rin qarşı­sı­­nın alınması üzrə qarşılıqlı əlaqələrin genişləndiril­mə­si­nin vacibliyi vur­­ğu­lanmışdır.

Səfər çərçivəsində İran nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış edilmişlər.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir. 

             Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80