+
-
15.08.2014
15.08.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda həyata keçirilən rejim tədbirləri çərçivəsində 07 avqust 2014-cü il tarixdə “Samur” sərhəd nəzarəti məntəqəsinin xidməti ərazisində gizlədilmiş halda dövlət sərhədindən qanunsuz  keçirilməsi üçün yığılmış 4 ədəd bağlamada ümumi çəkisi 80 kq, ümumi dəyəri 78 min manat  dərman preparatları – “Dyufalak”  200 mq flakonda 80 ədəd, “Prostomol-uno” 90 qutu hər qutuda 30 ədəd, “Eryus” 340 qutu hər qutuda 10 ədəd, “Dnestatksin” 370 qutu hər qutuda 30 ədəd, “Litomin” 130 ədəd, “Yarina” 370 qutu hər qutuda 21 ədəd, “Manil” 120 flakon aşkar olunaraq  görülmüşdür.

10.08.2014-cü il tarixdə saat 05:10 radələrində Qazax rayon ərazisində yerləşən “Sınıq körpü” sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliy­yat məlumatı əsasında sərhəd naryadı tərəfindən Kür çayın­­da 1 nəfər naməlum şəxsin 2 ədəd qayıq­la Gürcüstandan Azərbaycan isti­qa­mətində Dövlət Sərhədini pozmağa cəhd etməsi müşahidə olun­muş­dur. Sərhəd naryadı şəxsi saxlamaq istəyərkən o, qayıq­lar­dan birində geri üzmə­yə nail olmuşdur. Digər qayığa baxış zamanı 95 ədəd “Tsarskaya vodka” markalı araq və 26 qutu  müxtəlif adda pirotexniki vasitələr aşkar  olunmuşdur.

Faktlarla  bağlı araşdırma aparılır.

                                                             Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw