+
-
04.08.2014
04.08.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü ilin avqust ayının 1-də Zaqatala şəhərində Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsində Balakən, Zaqatala və Qax rayonlarının sərhədyanı yaşayış məntəqələrinin sakinləri ilə görüş keçirmişdir.

Görüşdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının, Gənclər və İdman İdarəsinin, Mədəniyyət və Turizm, Təhsil şöbələrinin, təşkilat və müəssisələrin rəhbərləri, Balakən, Zaqatala və Qax rayonlarının 21 sərhədyanı yaşayış məntəqələrinin 250 nəfər sakini, ictimaiyyət nümayəndələri, sərhədçi veteranlar iştirak etmişlər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyduqdan sonra Zaqatala şəhər Mədəniyyət mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyinə həsr olunmuş kitab sərgisinə baxmışlar.

Tədbir çərçivəsində Azərbaycan Sərhəd Mühafizəsinin təşəkkülündə və formalaşmasında Dahi Öndər Heydər Əliyevin əvəzsiz rolu barədə geniş məlumat verilmiş, ümummilli liderin zamanında müəyyən etdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında həyata keçirilməsi sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin hazırki inkişaf səviyyəsinə yüksələ bilməsi xüsusi qeyd olunmuşdur.

Tədbirdə sərhəd dəstəsinin rəisi polkovnik Hicran Hüseynov, Dövlət Sərhəd Xidmətinin baş idarə rəisinin müavini polkovnik İzzəddin Musayev, sərhədçi veteran polkovnik-leytenant Cavanşir İsmayılov, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış etmişlər.

Tədbirin sonunda dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından köməklik göstərən bir qrup sakinlər təltifləndirilmiş, qəhrəman sərhədçilərdən bəhs edən filmə baxış keçirilmişdir.

 

Dövlət Sərhəd XidmətininMətbuat Mərkəzi

    

f tw