+
-
30.07.2014
30.07.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

25 iyul 2014-cü il tarixdə Azərbaycan Sərhəd Mühafizəsinin 95 illik yubiley tədbirləri çərçivəsində Göytəpə sərhəd dəstəsinin qə­rargahında yerli sakinlərlə “Dövlət sərhəd­lərinin mühafizəsində yerli əhalinin iştirakının əhə­miyyəti” mövzu­sunda görüş keçirilmişdir.

Görüşdə Biləsuvar, İmiş­li, Cəlilabad, Yardımlı rayonlarının Təh­sil, Mədəniyyət və Turizm şöbələri­nin, Gənclər və İdman İdarə­lərinin rəhbərlərinin, həmin rayonların sər­hədboyu 39 kəndinin, həmçinin Biləsuvar rayonundakı Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılmış 11 saylı qəsəbənin icra, bələ­diy­yə nüma­yəndələri və sakinləri iştirak etmişlər.

Görüş zamanı sərhəd mühafizəsinin yaranma tarixi və inki­şafı haq­qında geniş məlumat verilmiş, yerli əhalinin dövlət sərhədinin mühafizə­sində rolu, sərhədçilərlə yerli sakinlərin qarşılıqlı əlaqələri­nin əhəmiyyəti  mövzusunda geniş söhbətlər aparılmışdır.

Cəlilabad rayonu icra hakimiyyəti başçısının müavini Fürdanə Əliyeva, İmişli rayonunun Bəhramtəpə qəsəbəsi üzrə ərazi nü­mayəndəsi Qürbət Həsənov, Yardımlı rayonu Avaş kənd orta mək­təbinin direktoru Ərəstun Əliyev, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılmış 11 saylı qəsəbənin sahə rəisi Ramil Əh­mədov yerli əhalinin sərhədlərin müha­fizəsi işindəki iştirakının va­cib­liyi, sərhədçilərlə əhalinin birgə fəaliyyəti­nin uğurlu nəticələri haq­qında çıxış edərək sərhəd mühafizəsinin yaranma­sının 95 illiyi ilə əlaqədar bütün sərhədçiləri təbrik etmişlər.

Tədbirin sonunda dövlət sərhədinin mühafizəsi işində sərhəd­çilə­rə yaxından köməklik etmiş bir qrup yerli sakin qiymətli hədiyyə və fəxri fər­manla mükafat­lan­dırılmışlar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

f tw