+
-
23.07.2014
23.07.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü il iyul ayının 19-da Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaç­qa­la şəhərində keçirilən “Nəfəsli orkestrlərin II Beynəlxalq festivalı”nda iş­ti­rak­ etmişdir.

08-26 iyul 2014 –cü il tarixlərdə keçirilən festivalda Həştərxan şəhər filarmoniyasının nəfəsli orkestri, Dağıstan Respublikasının 102-ci briqa­da­sı­nın hərbi orkestri, Dağıstan Dövlət Filarmoniyasının nəfəsli alət­lər­ orkes­tri,  Rusiya Federasiyası FTX Sərhəd Qoşunlarının hərbi orkestri, Dağıs­tan Respublikasının nəfəsli musiqi uşaqyeniyetmə ansambl­­ları da iştirak edirlər.

İyul ayının 19-da saat 18:00-da  Mahaçqala şəhərinin Rodop bulvarında DSX Nümunəvi Hərbi Orkestrinin möhtəşəm bayram yürüşü təşkil olunmuşdur.

Həmin gün saat 19:00-da Dağıstan Dövlət Filarmoniyasının yay zalında DSX Nümunəvi Hərbi Orkestrinin Üzeyir Hacıbəyov, Qara Qara­yev, Fikrət Əmirov, Pyotr Çaykovski kimi bəstəkarların əsərlərindən, həm­çi­nin məşhur klassik və caz kompozisiyalarından ibarət konsert proqramı tamaşaçıların diqqətinə təqdim olunmuşdur.

Konsert proqramı şəhər sakinləri və festivalın qonaqları tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanmışdır. Tamaşaçıların israrlı al­qış­­ları ilə əlaqədar orkestr tərəfindən proqramdan kənar bir neçə əsər də ifa olunmuşdur.

Tədbirin sonunda Azərbaycan musiqiçilərinə təşkilatçılar tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr verilmişdir.

 

                                                     Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi         

 

f tw