+
-
22.07.2014
22.07.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində 18 iyul 2014-cü il tarixdə Kiçik Qafqaz sıra dağlarının Şahdağ dağ massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev” zirvəsinə və dəniz səviyyəsindən 4440 metr yüksəklikdə yerləşən “İlham Əliyev” zirvəsinə Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının yürüşü təşkil edilmişdir.

Zirvələr fəth edildikdən sonra sərhədçilər tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni ifa edilmiş, hər iki zirvədə Azərbaycan Res­pub­likasının Dövlət Bayrağı sancılmış, qaya üzərinə Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyinə həsr olunmuş lövhələr, DSX-ya aid emblem və şüarlar yerləşdirilmişdir.

                                         Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

 

f tw