+
-
22.07.2014
22.07.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi ərəfəsində  Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində silsilə tədbirlər davam etdirilir.

18 iyul 2014-cü il tarixdə “Horadiz” sərhəd dəstəsində Füzuli, Beyləqan, İmişli rayonlarının Təhsil, Mədəniyyət və Turizm Şöbələrinin rəh­bərləri, həmin rayonlar üzrə sərhədboyu 19 kəndin icra, bələdiyyə və yerli sakinlərindən 95 nəfərin iştirakı ilə “Sərhədlərimizin mühafizəsində yerli əhalinin iştirakı”na həsr olunmuş görüş keçirilmişdir. Görüş zamanı zabitlər Sərhəd Mühafizəsinin yaranma tarixi və inkişafı haqqında tədbir işti­rakçılarına geniş məlumat vermiş, yerli əhalinin dövlət sərhədinin mü­ha­­fizəsində rolu mövzusunda izahedici söhbətlər aparmışlar. Tədbirdə çıxış edən Füzuli rayon Təhsil Şöbəsinin müdiri Almaz Haşımova, Füzuli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elman Məmmədov, Hora­diz şəhər 2 №-li tam orta məktəbin müəllimi Atəş İmanov, 2-ci Şahsevən bələdiyyə üzvü  Qara Abbasov yerli əhalinin sərhədlərin müha­fi­zə­sində rolu və Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişaf haqqında geniş nitqlə çıxış edərək Sərhəd Mühafizəsinin  yaranmasının 95 illiyi ilə əlaqədar bütün sərhədçiləri təbrik etmiş, Vətən sərhədlərinin etibarlı müha­fi­zəsinə görə sərhədçilərə öz minnətdarlığını bildirmişlər.

Tədbirin sonunda dövlət sərhədinin mühafizəsində fəallıq nümayiş etdirmiş bir qrup şəxs qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırılmışlar.

 

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

   

f tw