+
-
22.07.2014
22.07.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Azərbaycan Sərhəd Mühafi­zə­si­nin­ 95 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

18 iyul 2014-cü il tarixdə  Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstə­sin­­də Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev – Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır” mövzusunda elmi-praktiki kon­frans keçirilmişdir.

Hərbi hissənin İdeoloji mərkəzində Dahi Öndər Heydər Əliyevin milli sərhəd mühafizəsinə diqqət və qayğısını əks etdirən foto və video materiallara baxışın keçirilməsi ilə başlayan tədbiri giriş sözü ilə hərbi hissə komandiri polkovnik Namiq Əliyev açmışdır. Konfransda hərbi hissə komandirinin müavini polkovnik-leytenant Ülvi Heydərov, Cəlilabad rayon İcra başçısının müavini Dürdanə Əliyeva, Cəlilabad rayon Mədə­niy­yət və Turizm şöbəsinin müdiri İsa Allahverdiyev, Cəlilabad rayon Heydər Əliyev mərkəzinin direktoru Münasib Həsənov və əmək veteranı Fazil Əsədov da çıxış etmişlər.

Çıxışlarda Dahi Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respubli­kası­nın memarı olaraq dövlətçilik qarşısında misilsiz xidmətləri, Azərbaycan Respubli­ka­sı­­nın Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etməsi, dövlətin iqtisadi, siyasi və hərbi cəhət­dən qüdrətlənməsi və bunun əhəmiyyəti barədə şəxsi heyətə geniş məlumat veril­miş­dir.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

 

                                               Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw