+
-
15.07.2014
15.07.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

15 iyul 2014-cü il tarixdə saat 17:00 radələrində Dövlət Sərhəd Xidməti Akademiya kompleksinin binasında baş vermiş alışma nəticəsində binanın üzlüyündə təqribən 18-20 m2 sahəsində yanğın baş vermiş, Akademiya kompleksinin yanğınsöndürmə sisteminin vaxtında işə düşməsi nəticəsində yanğının yayılmasının qarşısı alınmış və yanğın söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək yanğının mənbələrinin tam ləğv edilməsini və təhlükəsizlik qaydalarına riayət olunmasını yoxlamışlar. Hal-hazırda yanğının fəsadlarının aradan qaldırılması məqsədi ilə təmir işlərinə başlanılmışdır.

                             

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw