11.07.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü il 11 iyul tarixində Dövlət Bayraq Meydanında Dövlət Sər­həd Xidməti Akademiyasının 2014-cü il məzunlarının təntənəli buraxılış məra­simi keçirilmişdir.

Mərasim zamanı məzunlara diplomlar təqdim olunmuş və gənc zabitlər təntənəli surətdə “Sərhədçi andı”nı qəbul etmişlər.

Bütün məzunlar adından çıxış edən leytenant Azər Gözəlov Azər­bay­can zabiti olmaq şərəfinə yüksəlmələri və Azərbaycan Sərhəd Mühafi­zə­si­nin­ zabit heyətinə daxil olmaları ilə fəxr etmələrini bildirmiş, sərhədçi peşə­si­nin sirrlərinə dərindən yiyələnməkdə, Akademiyanı uğurla başa vur­maq­da əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdar­lı­ğı­nı bildirmişdir. DSX Akademiyasının rəisi general-mayor Araz Məmmə­dov çıxış edərək bütün tədbir iştirakçılarını təbrik etmiş, Akademiyanın keçdiyi yol və formalaşma prosesi  barədə məlumat vermişdir.

Dövlət Sərhəd  Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev vətənpərvərliyi və Ali Baş Komandana sadiqliyi ilə seçilən DSX-nin zabit heyətinə qəbul olunmaları münasibətilə gənc  leytenantları təbrik etmiş, yaradıcısı Dahi Öndər Heydər Əliyev olan Dövlət Sərhəd  Xidmətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində əldə olunmuş xidməti nailiyyətlər barədə məlumat vermiş, gələcək xidmətlərində uğur və müvəffəqiyyətlər arzulamışdır.

Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.Təntənəli keçiddən sonra Dövlət bayrağı muzeyində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev fərqlənmə diplomuna layiq görülmüş gənc zabit­lə­rə­ qiymətli hədiyyələr və Dövlət Sərhəd Xidmətinin fəxri fərman­la­rı­nı təq­­dim etmiş, məzunlarla xatirə şəkilləri çəkdirmişdir.

 Daha sonra gənc zabitlər Dahi Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər. 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80