09.07.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

İyul ayının 24-də Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən Quba, Qusar, Xaçmaz, Şabran rayon sakinlərinin qəbulu keçi­rilə­cəkdir.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyul ayının 22-dək Dövlət Sərhəd  Xidmətinin www.dsx.gov.az  adlı  rəsmi saytında yerləş­dirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və  012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsinə müraciət edil­mə­si xahiş olunur.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi.