+
-
19.06.2014
19.06.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Cari ilin iyun ayının 17-də NATO Parlament Assambleyasının  Prezidenti Hyu Bayley Bakıda keçirilən “Rose-Roth” seminarında iştirakı çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev tərəfindən qəbul edilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə NATO arasında əməkdaşlıq əlaqələrinin inkişafı, 2001-ci ildən etibarən NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində birgə və üzv ölkələrin müvafiq qurumları ilə həyata keçirilmiş ikitərəfli əməkdaşlıq fəaliyyətləri, əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Müzakirələr zamanı Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi üzrə həyata keçirilən islahatların əhəmiyyəti qeyd olunmuş,  Ermənistan-Azər­baycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının 20% ərazisinin, o cümlədən dövlət sərhədinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin kriminal məqsədlərlə istifadə edilməsinin sərhəd təhlükəsizliyinə əsas təhdid olaraq qalması vurğulanmışdır.

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw