07.06.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü ilin 2 iyun  tarixində Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin  xidməti ərazisində təqribən 34 000 (otuz dörd min) manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Daxil olmuş qabaqlayıcı əməliyyat məlumatı əsasında Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhəd xəttindən 200 metr məsafədə Azərbaycan Respublikası  istiqamətində ağacların arasında gizlədilmiş halda Hindistan və İran istehsalı olan “Veltram-200”, “Alltram-200”, “Tramagelzik”, “Metadone-20”, “Metadone-40” markalı hər birində 10 həb olan 13190 ədəd “konvolüt” tipli dərman preparatı bağlamaları aşkar olunmuşdur.

Hazırda dərman preparatlarını qanunsuz yolla dövlət sərhədindən keçirməyə cəhd edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

                               Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi