+
-
06.06.2014
06.06.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Cari ilin 4-5 iyun tarixlərində MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının (SKQŞ) Soçi şəhərində keçirilmiş 71-ci iclasında Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin rəh­bərlik etdiyi nümayəndə heyəti müşahidəçi qismində iştirak etmişdir.

İclasda MDB üzv-dövlətlərinin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparmış, sərhəd təhlü­kəsiz­liyi­nin möhkəmləndirilməsi üzrə əməkdaşlıq, cari il ərzində görülmüş işlər və 2015-ci ildə planlaşdırılan tədbirlər, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

Tədbir çərçivəsində bir sıra MDB üzv-dövlətlərinin sərhəd xidmətlərinin nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilmiş, qarşılıqlı faydalı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.   

  

         Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw