03.06.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü ilin may ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilmişdir.

Bu müddət ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 40 nəfər saxlanılmış, onların 25 nəfəri Azərbaycan Respublikası, 4 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 1 nəfəri Rusiya Federasiyası, 2 nəfəri Moldova, 2 nəfəri Tacikistan, 3 nəfəri Əfqanıstan, 1 nəfəri Gürcüstan vətəndaşı olmuşdur.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 9 halda 15 nəfər, Xəzər dənizində 55 halda 90 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşlar.Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 198 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri  nəticəsində 11 halda 6 kiloqram 56 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

May ayı ərzində 59 halda ümumi dəyəri təqribən 1 milyon 639 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd ov tüfəngi, 3300 qram gümüş, 5 ədəd beşbarmaq, 2 ədəd pnevmatik tapança, 7 ədəd zinət əşyası, 154 ədəd mobil telefon, 30861 ədəd kosmetika, 17 ədəd mobil telefon aksessuarı, 2467 qutu siqaret, 228 ədəd müxtəlif dərman preparatı, ərzaq və sənaye mallarının dövlət sərhədindən qanunsuz keçiril­mə­si­nin qarşısı alınmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.  

                                                         Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi