31.05.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəisi general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvatın dəvəti ilə 26-30 may 2014-cü il tarixlərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuşdur.

Səfər zamanı Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Sahil Mühafizəsi İnstitutunun buraxılış mərasimində iştirak etmişdir.

Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəisi general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat, Daxili İşlər Naziri şahzadə Məhəmməd bin Naif ilə görüşlər keçirmişdir. Müzakirələr zamanı Azərbaycan Respublikası və Səudiyyə Krallığı arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsi vurğulanmış, sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilmiş, sərhəd mühafizəsinin təşkili, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, təcrübə mübadiləsinin həyata keçirilməsi üzrə birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi qeyd olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin nümayəndələri Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidməti bölmələrinin fəaliyyəti, maddi-texniki imkanları ilə tanış edilmişdir.

 

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin Məlumatı