+
-
23.05.2014
23.05.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü ilin 23 may tarixində Azərbaycan Respublikasında səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Nazirinin müşavirinin köməkçisi general-leytenant Osman Ünlü Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev tərəfindən qəbul olunmuşdur.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahı, Quru Qoşunları, Jandarma Qüvvələri və Sahil Mühafizəsi arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi bildirilmiş, DSX və TR Silahlı Qüvvələri arasında hər il imzalanan  “Əməkdaşlığa dair Tədbirlər Planı”nın icrası sayəsində səmərəli fəaliyyətin təşkil olunmasının, o cümlədən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin və təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti xüsusi qeyd olunmuşdur.

Müzakirələr zamanı Azərbaycan Respublikası dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti və sərhəd mühafizə infrastrukturunun möhkəmləndirilməsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat verilmiş, birgə əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.   

 

                                     Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw