+
-
15.05.2014
15.05.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü ilin 15 may tarixində Azərbaycan Respublikasında səfərdə olan Gürcüstanın Daxili İşlər Naziri cənab Aleksandr Çikaidze ilə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev arasında işçi görüş keçirilmişdir.

Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində və sərhəd keçid məntə­qələ­rin­də əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunmuş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında qarşılıqlı faydalı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əmək­daş­lı­ğın daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılmışdır.

Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya, qaçaq­mal­çılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilmişdir.

 

                                            Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw