+
-
12.05.2014
12.05.2014 - Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı

11 may 2014-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayo­nunun Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissələrində gənc əsgər­lərin hərbi andı qəbul etmələri münasibətilə tədbirlər keçiril­mişdir.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimlərdə hərbi andı qə­bul edəcək sərhədçi əsgərlərə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leyte­nant Elçin Quliyevin təbrikləri çat­dı­rılmış, gələcək şərəfli xid­mət­lə­rində uğurlar arzu edilmiş, dəyərli Vətən oğul­larını tərbiyə etdiklərinə görə əsgər valideynlərinə minnətdarlıq bildi­rilmişdir.

Mərasim iştirakçılarına Azərbaycan Respublikasının Prezi­denti cə­nab İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sər­həd­lərinin etibarlı mü­hafizəsinin təmin edilməsi, Azərbaycan Sərhəd Mühafi­zəsinin inkişafı isti­qa­mətində görülən işlər haqqında geniş məlumat veril­mişdir.

Gənc əsgərlərin valideynləri çıxış edərək öz övladlarını təb­rik etmiş və onların sərhədçi kimi formalaşmasında əməyi olan zabit­lərə öz təşək­kürlərini bildirmişlər.

Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra gənc əsgərlər Hərbi andı – Vətənə sədaqət andını qəbul etmişlər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw