07.05.2014- Dövlət Sərhəd Xidmətində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

2014-cü ilin 6 may tarixində Dövlət Sərhəd Xidmətinin aparatında Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.

Konfrans zamanı öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində Azərbaycançılıq ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlə­ti­nin formalaşdırılması və xalqımızın müstəqillik arzusuna çatması istiqamətində Dahi Öndər Heydər Əliyevin tarixi xidmətləri geniş işıqlandırılmış, milli dövlətçiliyin məhvinə yönələn bütün qəsdlərin qarşısının qətiyyətlə alınması üçün taleyüklü qərarlarının əhəmiyyəti xüsusi qeyd olunmuşdur.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Mirzəzadənin “Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvoludur”, Musa Qasımlının “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti”, DSX rəisinin şəxsi heyət üzrə müavini general-mayor Azad Ələkbərovun “Heydər Əliyev milli sərhəd mühafizəsi strategiyasının banisidir” mövzularında məruzələri dinlənilmişdir.

Çıxışlarda  Dahi Öndər Heydər Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinin formalaşdırılması və inkişafındakı müstəsna xidmətləri, Dövlət Sərhəd Xidmətini yaratmaqla Azərbaycan dövlətinin öz sərhədlərini müstəqil mühafizə etmək qətiy­yə­ti­ni və imkanlarını nümayiş etdirməsini, Dövlət Sərhəd Xidmətinin illik hesabatlarını şəxsən qəbul edərək sərhədçilərlə keçirdiyi görüşlərdə milli sərhəd siyasətimizi for­ma­laşdırması,dövlət sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etməsi xüsusi qeyd olunmuşdur.

Konfrans iştirakçıları tərəfindən son illər ərzində  Azərbaycan Respublikasının dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsinin respublikamızın geostrateji, iqtisadi və mədəni potensialının gerçəkləşdirilməsi istiqamətində Azər­bay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi siyasətin real nəticəsi olması xüsusi vurğulanmışdır.

Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində təsdiq olunmuş tədbirlər planına əsasən  Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində Dahi Öndərin uca xatirəsinə həsr olunmuş konfranslar, tematik axşamlar, disputlar keçirilmiş, onun həyat və fəaliyyəti barədə filmlər şəxsi heyətə nümayiş etdirilmiş, sərhədçilərin Heydər Əliyev mərkəzlərinə ekskursiyaları təşkil olunmuşdur.

 

                                                    Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80