+
-
25.04.2014
25.04.2014- Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Ağstafa, Qazax, Samux və Şəmkir rayonlarının sakinləri ilə görüşmüşdür.

Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bütün dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general- leytenant Elçin Quliyev aprel ayının 24-də Şəmkir Sərhəd Dəstəsində Ağstafa, Qazax, Samux və Şəmkir rayon­ları­nın­ sakinlərini qəbul etmişdir.

Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sərhədboyu zonada fəaliyyət göstərən fermer təsərrüfatlarının problemlərinin həll olunmasına köməkliyin göstərilməsi, tibbi yardımın göstərilməsi, sərhədyanı yaşayış məntəqələrində mövcud  olan sosial- məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənil­miş­dir.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılmış və əksər məsələlər yerin­dəcə həllini tapmışdır.Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur qurumların rəhbər­lə­ri­nə konkret tapşırıqlar verilmişdir.

Dövlət Sərhəd Xidmətinin səlahiyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və baxıl­ması­nın təşkili üçün nəzarətə götürülmüşdür.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşki­lin­dən razılıqlarını və keçən il Dövlət Sərhəd Xidmətinin rəisi tərə­fin­dən­ keçirilən qəbul zamanı qaldırdıqları məsələlərin müsbət həll olun­ma­sı­na görə təşəkkürlərini bildirmiş, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq etmişlər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw