19.04.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

17 aprel 2014-cü il tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general- leytenant Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru general- leytenant Zumeyyim bin Cuveybir Əs- Səvvatın rəh­­bər­lik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər et­miş­dir.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilmişdir. Görüşdə hər iki ölkənin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunmuş, qarşılıqlı faydalı əməkdaşlığın hazırki vəziyyətinə dair məmnunluq ifadə olunmuş, ikitərəfli müna­sibət­lərin gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.

Müzakirələr zamanı 07- 18 aprel tarixlərində Dövlət Sərhəd Xid­mə­ti­nin Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün təşkil olunmuş “Sərhəd Nəzarəti”nə dair təlim proqramının əhəmiyyəti xüsusi vurğulanmışdır.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti DSX-nin Akademiyasında və bir sıra digər struktur qurumlarında olmuş, hərbi hissə və bölmələrdə xidmətin təşkili, şəxsi heyətin xidməti və yaşayış şəraiti, mövcud xidməti imkanlar, sərhəd mühafizəsi təyinatlı silah, texnika və avadanlıqlarla tanış edilmişlər.

Nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri aprel ayının 21-dək davam edəcəkdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80