+
-
14.04.2014
14.04.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2014-cü ilin mart ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri –leqal miqrasiyaya, narkotik vasitələrin qeyri –qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdiri­lir­.­

Ay ərzində dövlət sərhədini pozduqları üçün 20 halda 20 nəfər saxlanılmış, onların 8 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Gürcüs­tan,­ 1 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Moldova, 1 nəfəri Ukrayna vətəndaşı olmuşdur.Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 5 nəfər, Xəzər dənizində 39 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq- mühafizə orqanları tərəfindən axtarışda olan 205 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 4 kiloqram 711,5 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alın­mış­dır.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 63 halda ümumi dəyəri təqribən 187 min manat olan qaçaqmal, o cümlədən  1 ədəd pnevmatik tapança, 1 ədəd tüfəng, ov tüfəngi üçün 49 ədəd patron, 2 ədəd elektrokeyləşdirici, 1 ədəd beşbarmaq, 5886 qutu siqaret, 6660 ədəd pirotexniki vasitə, 315 baş xırdabuynuzlu, 17 baş iribuynuzlu mal-qara, 5 baş at, 97 ədəd mobil telefon müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və ərzaq malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam et­di­ri­lir­.  

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw