11.04.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Fransanın Təhlükəsizlik və Ədliyyə Milli Ali Elmlər İnstitutunun Milli Auditorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində 08 aprel 2014-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında olmuşdur.

Nümayəndə heyəti DSX Akademiyasının fəaliyyəti, peşəkar sərhədçilərin hazırlanması üçün ən müasir tələblərə uyğun yaradılmış imkanları ilə tanış edilmişdir.

Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sisteminə dair keçirilmiş təqdimat zamanı dövlət sərhədlərində əməliyyat şəraiti, mövcud təhdidlər, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkə ərazisinin 20%-nin işğal altında qalması, zəbt olunmuş ərazilərdə transsərhəd cinayətkar fəaliyyətlər üçün əlverişli şərait yaradılması barəsində ətraflı məlumat verilmişdir.

Həmçinin, Dövlət Sərhəd Xidmətinin yaradılması, vəzifə və tapşırıqları, sərhəd mühafizəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üzrə görülmüş işlərdən bəhs edilmişdir.

Tədbir zamanı nümayəndə heyətinin çoxsaylı sualları cavablandırılmışdır.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərzkəzi

  • 80
  • 80
  • 80