24.02.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti ölkəmizin sərhədlərinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirir.

09 fevral 2014-cü il tarixdə saat 23:00 radələrində Yardımlı rayo­nu­­nun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sin­də İran İslam Respublikasından  Azərbaycan Respublikası istiqamətinə 2 nəfər­ tərəfindən dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır.

Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozu­­­cuları geriyə qaçmağa cəhd etmişlər. Həyata keçirilən tədbirlər nəti­cə­sində İran İslam Respublikası vətəndaşları – 1995-ci il təvəllüdlü Məmmədzadə Səid Mustafa və 1989 –cu il təvəllüdlü İbrahimi Tohid Əli saxlanılmışdır.

14 fevral 2014–cü il tarixdə saat 21:00 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən narkotik vasitələrin qaçaq­mal­çı­lı­ğı ilə məşğul olan 2 nəfər İran İslam Respublikası vətəndaşı -1987 –ci il təvəllüdlü Şəmsəddin Cavanşir İltifat və 1981-ci il təvəllüdlü Şahi­mü­qəd­də Həsən saxlanılmışlar. Sərhəd pozucularının üzərinə baxış zamanı 7 kiloqram tiryək, 350 qram heroin, 3270 qram marixuana, 1 ədəd gecə­gör­mə cihazı aşkar olunaraq götürülmüşdür.

Hər iki faktla bağlı əməliyyat – istintaq tədbirləri aparılır.

 

          Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi