21.01.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Fevral ayının 6-dа saat 11:00-da Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları fevral ayının 4-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az  adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi