08.01.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin qarnizonunun yeni inşa olunmuş xidməti binalar kompleksi və yaşayış şəhərciyi istifadəyə verilmişdir.

Bu münasibətlə 07 yanvar 2014-cü il tarixdə keçirilmiş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev çıxış edərək son illər Azərbaycan sərhədlərinin etibarlı qorunması istiqamətində görülən işlərdən, xüsusilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Şəmkir Sərhəd Dəstəsinin qarnizonu xidməti və yaşayış sahəsi 26480 kvadratmetr olan 22 ədəd binalar kompleksindən, o cümlədən 106 xidməti mənzilli yaşayış şəhərciyindən ibarətdir.

Qarnizonun yeni xidməti binalar kompleksi və yaşayış şəhərciyi sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətinə başladığı Şəmkir rayonunun peşə məktəbinin ərazisində inşa olunmuş, burada mövcud olmuş peşə məktəbinin binası və digər yardımçı tikililər tam sökülmüşdür.

Ümumi ərazisi 8,64 hektar olan qarnizonda ikimərtəbəli qərargah binası, beşmərtəbəli yataqxana və məişət təminatı binası, 40 yerlik tibb məntəqəsi, əsgər yeməkxanası, maddi-texniki təminat və yeraltı tərəvəz anbarları, ideoloji mərkəz və 500 nəfərlik akt zalı, idman şəhərciyi və idman zalı, əsgər kafesi, xidməti itlər üçün volyer və təlim mərkəzi, silah-sursat anbarı və qarovul binası, avtomobil parkı, yanacaq-sürtkü materialları anbarı və yanacaqdoldurma məntəqəsi inşa edilmişdir. Xidməti binalarda şəxsi heyət üçün yüksək şərait yaradılmış, otaqlar və tibb məntəqəsi lazımi avadanlıq və vasitələrlə təmin olunmuşdur.

Qarnizonun ərazisində yeni sıra meydanı yaradılmış, əraziyə 30.000 kvadratmetr asfalt örtük döşənmiş, müasir mərkəz­ləşdirilmiş müşahidə, istilik və işıqlandırma sistemləri quraş­dırılmışdır.

Sərhəd dəstəsinin şəxsi heyəti üçün yeni inşa olunmuş yaşayış şəhərciyi 1 ədəd səkkizmərtəbəli 98 mənzilli və 1 ədəd ikimərtəbəli səkkiz mənzilli yaşayış binalarından ibarətdir. Bütün mənzillər mebel, məişət avadanlıqları, müasir istilik sistemləri və texniki avadanlıqlarla təmin olunmuşdur.

Sərhədçi ailələrinin asudə vaxtlarının səmərəli təşkili və istirahəti üçün 6348 kvadratmetr sahədə istirahət parkı salınmış, parkda müxtəlif növ ağac və gül kolları əkilmişdir. Yaşayış şəhərciyində mərkəzləşdirilmiş istilik sistemi, fasiləsiz su təminatı üçün 2 ədəd 300 kubmetrlik su anbarı inşa edilmiş, müasir su nasosları və işıqlandırma sistemləri quraşdırılmışdır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

 

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80