+
-
14.06.2021
14.06.2021, 15:12 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 15 iyun - “Milli Qurtuluş günü”nün  28-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilmişdir.

Tədbirlər zamanı hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissələrin Heydər Əliyev İdeoloji Mərkəzlərində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş, büstü önünə gül dəstələri qoymuşlar. 

İyun ayının 14-də Dövlət Sərhəd Xidmətinin aparatında təşkil edilmiş tədbir  Dövlət Himninin səsləndirilməsi ilə başlamış, iştirakçılar ölkəmizin ərazi bütöv­lüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə iştirak edən millət vəkili, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı 90-cı illərdə rеspub­likamızın ictimai-siyasi həyatında baş vеrən hadisələri gеniş təhlil еdərək 1993-cü il iyun ayının 15-də müasir Azər­bay­can dövlətinin quru­cu­su Ulu Öndər Heydər Əliyevin xalqımızın tələbi ilə yenidən hakimiyyətə qayıtmasının tariximizə taleyüklü hadisə olaraq daxil olması, zəmanəmizin dahi şəxsiyyətinin xilaskarlıq missiyasını yerinə yetirərək ölkəni vətəndaş müharibəsindən xilas etməsi barədə ətraflı məlumat vermiş, məhz Ulu Öndərin qətiyyətli addımları nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanıldığını qеyd еtmişdir. 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın sərhəd mühafizə sisteminin  formalaşması və inkişafındakı xidmətləri, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­ması, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, dövlət sərhədlərimizin işğaldan azad edildiyi, Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı böyük fəxarətlə vurğulanmışdır.

Tədbirin sonunda Azərtbaycan xalqının Milli Qurtuluş gününə həsr edilmiş “Xilaskar ömrü” sənədli filmi nümayiş etdirilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

f tw