+
-
21.12.2013
21.12.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

20 dekabr 2013-cü ildə Dövlət Sərhəd Xidmətinin 2013-cü ildə xid­məti –döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilmişdir.

Azərbaycan Sərhəd Mühafizəsi üçün 2013-cü il dövlət sərhə­di­nin toxunulmazlığının təminatı sahəsində dinamik inki­şa­fın da­va­mı, sərhəd mühafizəsi sisteminin təkmil­ləşdirilməsi  is­ti­­­qa­mə­­tində geniş miqyaslı tikinti-quruculuq işləri, qarşıya qo­yul­muş xüsusi tapşırıqlarının icrası və döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əmək­­daşlığının dərinləşdirilməsi ilə əlamətdar olmuşdur.

Bu uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi önəm ver­mə­si nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Lənkəran sərhəd dəstəsinin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin  sər­həd­ komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün inşa olunmuş yeni xidməti və yaşayış şəhərciyi kom­plek­si­nin açılış mərasimində  iştirak etməsi, sərhədçilərə xidmətə mən­zillərin orderlərini təqdim etməsi, DSX-nin hərbi qulluq­çu­la­rını 5 orden, 37 medalla təltif etməsi ,3 zabiti ali hərbi rütbəli və­zi­fəyə təyin etməsi, 1 zabitə “general-mayor” hərbi rütbəsini ver­məsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

   2013-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə olunmuş nailiyyətlər sırasında:

-  23-26 avqust 2013-cü  il tarixlərdə Xəzər dənizinin “Bulla-dəniz” yatağındakı yanğının söndürülməsi zamanı üzmə vasitələrinin quyuya yaxınlaşa bilmədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində   DSX əməkdaşlarının sərrast atəş­ləri nəticəsində quyunun ağzının yanğının söndürülməsinə imkan verməyən avadanlıqlardan təmizlənməsi, nəticə etibarilə Xəzər dənizinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə bilə­cək külli miqdarda ziyanın qarşısının alınması;

- Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü ilə əlaqədar hərbi paradda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən yeni alınmış hərbi texnikaların nümayiş etdirilməsi, sərhəd aviasiya tərəfindən ilk dəfə olaraq hərbi paradda altılıq tərkibində nümayiş uçuşlarının yerinə yetirilməsi.

- avqust ayının 13-14 tarixlərində DSX-nin təlim mərkəzində “Azərbaycan  Respublikasının ərazisinə düşmən qoşun qrup­la­rı­nın­ hücumlarının qarşısının alınması, terror təxribat qruplarının zərər­sizləşdirilməsi”  mövzusunda döyüş atışlı taktiki təlimlərin keşirilməsi, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək  peşə­karlıq və döyüş hazırlığının nümayiş etdirilməsi;

-sərhəd aviasiyası tərəfindən dövlət sərhədinin dəniz və quru sahə­lərində ilk dəfə olaraq patrul nəzarəti uçuşlarının həyata keçirilməsi;

- Xəzər  dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycan mənafelərinin təmin olunması;

- 2014 -2024 –cü illərdə Azərbaycan Respublikasının  dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair Dövlət Proqramının layihəsinin hazırlanması;

-  Azərbaycan Respublikasında Silahlı Qüvvələrdə ilk dəfə olaraq   Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd böl­­mə­lərində “Valideyn günləri”nin keçirilməsi, bu görüş­lə­rin­ müddətli hərbi qulluqçularla təlim-tərbiyə işinin səmərəliliyinin yük­səldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edil­məsi və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması üçün­­ çox əhəmiyyətli olması qeyd olunmuşdur.

Dövlət Sərhədinin mühafizəsinin təkmilləşməsi istiqa­mə­tin­də görülən tədbirlər nəticəsində 2013-cü ildə dövlət sərhədini poz­­du­ğuna görə 515, sərhəd rejimi qaydalarını pozduqlarına görə­ 18 min 158 nəfər saxlanılmışdır.

Sərhəd pozucularının 46% Azərbaycan, 16,5% Özbəkistan, 8,2% İran, 4,9%  Gürcüstan, 4,7% Moldova , 3,9% Əfqanıstan

3,5% Nigeriya, 2,7% Rusiya, 2,3% Türkiyə, 7,3% digər ölkə vətəndaşları olmuşlar.

 Hesabat dövründə sərhəd naryadlarına qarşı 1 halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilmişdir.Dövlət  sərhədinin mühafizəsi zamanı sərhəd naryadları tərəfindən təli­mat­­lara uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq edi­lər­kən 1 silah sərhəd pozucusu zərərsizləşdirilmişdir.

İl ərzində 2303 nəfər axtarışda olan şəxs  tutulmuş, 339 nəfər sax­ta, 30 nəfər özgəsinin sənədi ilə  12 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən sax­la­nıl­­mışdır.

2013-cü il ərzində 4 milyon 669,2 min manat dəyərində qa­çaq­mal­ tutulmuş, 150 kq 462 qram narkotik maddənin dövlət sər­hə­dindən keçirilməsinin qarşısı alınmışdır.25,8 ton yabanı halda bit­miş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilmişdir.

Hesabat dövründə qanunsuz miqrasiya ilə məşğul olan 3 kri­mi­nal qrup, qaçaqmalçılıq , narkotik maddələrin qanunsuz döv­riy­­yəsi ilə məşğul olan 9  mütəşəkkil cinayətkar dəstə zərər­siz­ləş­dirilmişdir;

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədi ilə Azərbay­ca­na məxsus  87, Rusiyaya məxsus 23, İrana məxsus 6, Türk­mə­nis­tana məxsus 1, Qazağıstana məxsus 1 gəmiyə, Azərbaycana məx­sus­  488 kiçik həcmli üzmə vasitəsinə baxış keçiril­miş­.AR-ə məxsus 55 gəmi, RF-ya məxsus 8 gəmi, İİR-ə məxsus 1 gəmi , Qaza­xıstana məxsus 1 gəmi və AR-ə məxsus 274 qayıq barə­sin­də­ zəruri tədbirlər görülmüşdür.

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanun­suz  qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri – 35 min metr tor 500 ədəd qarmaq yığıl­mış­dır.

Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmil­ləş­di­ril­məsi tədbirləri uğurla davam etdirilmiş , 267 binadan ibarət 21 tikin­­ti kompleksinin əsaslə təmir –tikintisi, hərbi hissələrdə za­bit­- gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mən­zilin inşası həyata keçirilmişdir.

Hesabat müşavirəsinin sonunda Azərbaycan Respublikası Pre­zi­­dentinin Sərəncamları ilə təltif olunmuş hərbi qulluqçulara orden və medallar təqdim olunmuşdur.

 

f tw