+
-
08.05.2021
08.05.2021, 14:20 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 8-də Dövlət Sər­həd Xidməti Akade­miyasının 10-cu buraxılışı münasibətilə təntənəli məra­sim keçiril­miş­dir.

Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və Döyüş Bayrağının mey­dana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul etmişlər.

Diplomlar təqdim olunduqdan sonra bütün məzunlar adından çıxış edən leytenant Orxan Bağırov Azərbaycan Sərhəd Mühafi­zə­si­nin­ zabit heyətinə daxil olmaları ilə fəxr etmə­lərini bildirmiş, qalib ölkənin qürurlu sərhədçiləri olaraq üçrəngli Dövlət bayrağı­mızın vüqarla dalğalandığı müqəddəs sərhədlərimizin keşiyində hər zaman şərəflə da­ya­nacaqlarını ifadə etmiş, sərhədçi peşə­si­nin sirrlərinə dərindən yiyələn­məkdə, Akade­miyanı uğurla başa vur­maq­da əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdar­lı­ğı­nı bildirmişdir. Daha sonra DSX Akademiyasının rəisi polkovnik Aqil Ba­bayev çıxış edərək bütün tədbir iştirakçılarını təbrik etmişdir.

Dövlət Sərhəd  Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri müna­sibətilə məzunları təb­rik etmiş, gənc leytenantların Dövlət Sərhəd Xidmətinin zabitləri sırasına daxil olduqları dövrün Azər­baycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsa­düf etdiyini xüsusi vurğulamışdır.

Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Ko­man­danı cənab İlham Əliyevin  rəh­bər­­liyi altında Azər­bay­can Respublikasının Ermən­istan üzərin­də parlaq qələbə qa­zan­ması, Vətən mühari­bəsinin Tarixi Zəfərlə bitməsi qeyd olun­muş­dur.  

Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tap­şı­rıq­larının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və qali­biyyət dastanı yazdıqları vurğulanaraq, müqəddəs savaşda həlak olmuş bütün qəhrə­man­­­ların və onların sırasında Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuş 4 sərhədçi-zabitin əziz xatirələri yad edilmişdir.

Uzun illər ərzində döyüş və peşəkar hazırlıq, maddi-texniki təchi­zat, hərbi-vətən­pərvərlik sahələrində tətbiq edilmiş sistemli və müasir yanaşmalar sayə­sində əldə olun­muş nəticələrin Azərbaycan sərhədçi­lərinin Böyük Zəfərin qazanıl­masında uğurlu iştira­kına zəmin yaratdığı vurğulanmışdır. 

Döyüş əməliyyatlarının ilk günündən Azərbaycan sər­­hədçilərinin 24 saat ərzində 105 kilometr məsafədə ildırım­sürətli hücumunun hərb salna­masinə yazılması, düşmə­nin yüzlərlə canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi, Qə­dim Xudafərin kör­­pü­sündə, Zəngilan rayonunun Ağbənd qəsə­bəsin­də və Zəngilan şəhərində Dövlət bayrağı­mızın sancılması, Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” stra­teji yüksəkliklərinin qəhrəmancasına azad edilməsi xüsusi qeyd olunmuşdur. 

Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Preziden­tinə sa­diq­liyi ilə seçi­lən sərhədçilərin xidmətlərini Azərbaycan Res­pub­likasının Prezi­denti Silahlı Qüvvə­lə­rin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi qiymət­ləndirməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı vurğulan­mışdır.

"Vətən Müharibəsi Qəh­rə­manı" adına layiq görülmüş sərhədçilərdən 4 zabitin DSX Akade­miyasının məzunu olmaları, bu cür qəhrəmanların yetişdirilməsi və tərbiyə­lən­dirilməsində DSX Akade­miyasının peda­qoji və komandir heyətinin xüsusi rolu qeyd edilmişdir.

Çıxışdadövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təmi­na­­tı­nın yaxşılaşdırılması üzrə görülən kompleks tədbirlər, o cümlədən son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissənin xidməti-döyüş fəaliy­yətinə başlaması, may ayının sonunadək daha 6 yeni hərbi hissənin təmir-tikintisinin yekunlaşacağı barədə mə­lu­mat verilmiş, işğaldan azad olunmuş dövlət sərhəd­lərimizin mühafizə altına götü­rül­mə­sinə gənc sərhədçi-zabitlərin öz önəmli töhfələrini verə­cəklərinə, dövlət sərhəd­ləri­nin keşiyində ayıq-sa­yıq dayanacaqlarına əminlik ifadə edilmişdir.  

Mərasim başa çatdıqdan sonra DSX Akademiyasının məzunları ilə xatirə foto­şəkli çəkdirilmişdir.  

 Daha sonra gənc zabitlər Dahi Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmiş, Hərbi Qənimətlər Parkında olmuşlar.

                                    

  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw