+
-
19.02.2021
19.02.2021, 12:15 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Fevral ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­si­nin yara­dıl­masının 16-cı ildö­nümü münasibətilə tədbir keçiril­miş­dir.

Dövlət himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə Azərbay­can  Res­pub­li­kasının Prezi­den­ti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab  İlham  Əliyevin 18 fevral 2005-ci il­ tarixli Sərəncamı əsa­sında Dövlət Sər­həd Xidmətinin Sahil Mühafizə­sinin yaradıl­ması ilə ölkəmizin dəniz sər­hədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, sər­həd sula­rında dövləti maraqlarımızın qorunması imkanla­rının genişlənməsi, də­niz sər­həd­lərinin mühafizəsi məsələ­lərinə daima ali diqqətin göstərilməsi sayəsində yüksək nəticələrin əldə olunması qeyd edilmişdir. 

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün əlamətdar olan bu gü­nün Vətən Müharibəsində tarixi qələbənin təntənəsinin yaşandığı dövrə təsa­düf etməsi, Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında Və­­tən Müharibəsinin Azərbay­can Respublikası­nın Ermənistan üzərində par­laq qələ­bəsi ilə başa çatmasının Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti tə­rə­findən böyük sevinc və qürur hissləri ilə qarşılanması vurğulanmışdır.  

Vətən müharibəsində Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin Dövlət Sər­həd Xid­mə­­tinin qarşısına qoyduğu döyüş tapşırıqlarının uğurla icra edilərək Ermə­nistanla dövlət sərhədinədək böyük bir ərazinin azad edilməsi, Ermə­nis­tanla döv­lət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zən­gilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olun­ma­sında Azərbaycan sərhədçilərinin göstər­dikləri qəhrəmanlıqlar, “Ha­rop” və digər zərbəendirici pilotsuz uçuş aparatlarının, sərhəd aviasiyasının AN-2 təyyarələrinin Azərbaycan sərhədçiləri tərəfindən peşəkar tətbiqi nəticə­sin­də düşmənə ciddi döyüş itkilərinin vurulması böyük qürur hissi ilə qeyd olunmuş, işğaldan azad edilmiş dövlət sər­həd­lərimizin müdafiəsi və mü­hafi­zəsi üzrə zəruri infrastrukturun yaradıl­ması istiqamətində işlərin uğurla da­vam etdirilməsi bildirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmış, böyük şərəf hissilə Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığının keşiyində duran dənizçi sərhədçilərin bundan sonra da xid­məti tap­şırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olun­muş­dur.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hər­bi qulluq­çu təltifləndirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw