+
-
07.01.2021
07.01.2021, 16:15 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yanvar ayının 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­larının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yar­dımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş  mühafizəsinin təmin edilməsi üzrə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanmışdır.

Bağlamaya baxış zamanı təxmini çəkisi 1 kiloqram 400 qram narkotik vasitə “heroin”ə oxşar maddə aşkar edilərək götürül­müş­dür. 

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw