12.12.2020, 14:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etmişlər.

Müasir dövlətçiliyimizin və ən yeni tariximizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsinə bəslənilən dərin ehtiram və hörmətin ifadəsi olaraq onun ruhu qarşısında baş əyilmiş, məzarı üzərinə gül dəstələri qoyulmuşdur.  

Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə güllər düzmüşlər.

Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrində və hərbi hissələrində Dahi Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80