+
-
13.06.2020
13.06.2020, 11:05 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

  “15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 27-ci ildönümü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azər­bay­can dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının ifadəsi məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən 12 iyun 2020-ci il tarixdə general və zabitlərdən ibarət bir qrup sər­hədçinin Böyük Qafqaz sıra dağ­larının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündür­lükdə yerləşən ”Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirak­çıları mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxmış, orada Azər­bay­can Respubli­kasının Dövlət Bayrağını ucaltmış, Dövlət Himnini ifa etmiş və “Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 27-ci ildönümünü tərənnüm edən lövhəni qaya üzərində bərkitmişlər.

Sərhədçi yürüşünün yekununda qeyd olunmuşdur ki, Ümummilli Lider Hey­dər Əliyevin Azərbaycan döv­lət­çi­li­yi­nin qurulmasında və möhkəmlən­məsində, Azərbaycan sərhəd mühafizəsinin formalaşmasında və inkişafındakı əvəzsiz xidmətləri əbədi olaraq xatirələrdə yaşayacaqdır!

Dahi Öndərin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyası Azər­baycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dai­ma böyük qürur və şərəflə həyata keçiril­əcək, ölkəmizin sərhəd mühafizəsi da­ha da möhkəmlənəcək, yaxın zamanlarda dövlə­ti­mizin ərazi bütövlüyü təmin olunacaq və dövlət sərhədlərimizin hər bir hissəsində müzəffər dövlət bay­rağımız ucaldılacaqdır!

 

                                            Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw