04 iyun tarixində Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvələrinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhədində yeni döyüş mövqeyinin yaradılması qeyd edilmişdir.
Bununla əlaqədar Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermənistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir.
Əksinə Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılmışdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi