+
-
29.10.2013
29.10.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

29 oktyabr 2013-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında Xəzər dənizinin “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyuda qəza nəticəsində baş vermiş yanğının qarşısının alınmasında fərqlənmiş  Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən mükafatlandırılması mərasimi keçirilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti iştirak etmişlər.

23-26 avqust 2013-cü il tarixlərdə baş vermiş yanğının üzmə vasitələrinə quyuya yaxınlaşmağa imkan vermədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində açılmış sərrast atəşlər nəticəsində quyunun ağzının yanğının söndürülməsinə imkan verməyən avadanlıqlardan təmizlənilməsi, bu tapşırığın yerinə yetirilməsində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirməsi, nəticə etibarilə Xəzər dənizinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısının alınması Dövlət Neft Şirkətinin rəhbərliyi tərəfindən xüsusi qeyd olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin 17 hərbi qulluqçusu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

 

    Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw