Tərcümeyi-halda göstərilməsi zəruri olan məlumatların

SİYAHISI

Tərcümeyi-hal şəxsən, qaralama və düzəliş edilmədən, aşağıdakı məlumatlar mütləq qaydada göstərilməklə sərbəst formada yazılır:

  • - soyadı, adı, atasının adı, təvəllüdü, anadan olduğu yer, milliyyəti;

  • - nə vaxt, harada və hansı tədris müəssisəsində oxuması, təhsili üzrə ixtisası;

  • - işləməyə nə vaxtdan, harada və nə vəzifədə başlamışdır; çalışdığı bütün müəssisə, idarə və təşkilatların yerləşdiyi yer və ünvanları, iş yerini dəyişməsinin səbəbləri göstərilir;

  • - hərbi mükəlləfiyyətli olub-olmaması, Silahlı Qüvvələr sıralarında xidmət etməsi (xidmət etmədikdə səbəbi göstərilir), xidmətə nə vaxt və hansı qisimdə çağırılması, xidməti harada və hansı vəzifədə (rütbədə) keçməsi, ehtiyata buraxılarkən rütbəsi, xidmət etdiyi hərbi hissələrin nömrələri;

  • - ailə vəziyyəti, nikaha nə vaxt daxil olmuşdur, arvadın (ərin) soyadı (nikahdan əvvəl və sonrakı soyadları), adı, atasının adı, təvəllüdü, anadan olduğu yer və milliyyəti; nikaha ikinci dəfə daxil olduğu halda birinci arvad (ər) barədə məlumatlar, boşanmanın səbəbləri, boşanma haqqında şəhadətnamənin tarixi və nömrəsi, bu şəhadətnamənin nə vaxt, harada və kim tərəfindən verilməsi göstərilir;

  • - digər yaxın qohumları: ata, ana, bacı, qardaş, arvadın (ərin) atası, anası, bacı və qardaşları, uşaqların soyadı, adı, atasının adı, anadan olduqları yer və il, milliyyətləri, yaşayış və iş yerləri, onların dəqiq ünvanları (təqaüdçü olduqda onların sonuncu iş yeri və vəzifəsi); yaxın qohumlardan hər hansı biri soyadını, adını, atasının adını dəyişdirdiyi təqdirdə onun əvvəlki soyadı, adı, atasının adı göstərilməlidir;

  • - ozünün, arvadının (ərinin) yaxud onların yaxın qohumlarının xaricdə olub-olmaları (harada, nə vaxt, nə məqsədlə);

  • - ozünün, arvadının (ərinin) xaricdə yaşayan yaxud əvvəllər yaşamış qohumlarının olub-olmaması (kim, hansı ölkədə, məşğuliyyəti, qohumluq dərəcəsi);

  • - ozünün, arvadının (ərinin) başqa dövlətin vətəndaşı (təəbəsi) olan və ya olmuş qohumunun olub-olmaması (soyadı, adı, atasının adı, qohumluq dərəcəsi);

  • - ozünün, arvadının (ərinin) və ya onların yaxın qohumlarının cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (nə vaxt, nəyə görə, cəza növü);

  • - hərbi qulluqçunun, onun ailəsinin qeydiyyatda olduğu və yaşadığı ünvan, telefon nömrəsi, mənzilin mülkiyyət forması, sahəsi, otaqların sayı, bağ sahəsinin və ya mülkiyyətində olan başqa daşınmaz əmlakı;