Digər normativ-huquqi sənədlər / Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında Qərar № 560

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında

Qərar № 560

Bakı şəhəri, 16 oktyabr 1992-ci il

«Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 27 avqust tarixli Fərmanının icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1.         Azərbaycan Respublikası ərazisinin inzibati sərhəd hüdudlarında sərhədboyu zona təyin edilsin: Xaçmaz, Qusar, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qazax, Ağstafa, Tovuz, Samux, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli, Beyləqan, İmişli, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Astara, Lənkəran, Şərur, Babək, Şahbuz, Culfa, Ordubad rayonları və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri.

2.         Sərhədboyu zonaya daxil edilsin:

a)        təyyarə meydanları: Naxçıvan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəlilabad, Göytəpə, Lənkəran, Xaçmaz, Xudat, Qusar, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Ağstafa, Tovuz, Şəmkir:

b)        dəmiryol dayanacaq məntəqələri:

Bakı—Şərur sahəsi üzrə: İmişli, Vətəgə, 145 km platforma, Kələc, Daşburun, 172 km platforma, Bəhmənli, Bala Bəhmənli, Hacılı, 194 km platforma, Horadiz, 208 km platforma, Mərcanlı, 219 km platforma, Mahmudlu, 232 km platforma, Soltanlı, 239 km platforma, 242 km platforma, Xələfli, Xudafərin, Qumlaq, Həkərə, Xurama, Mincivan, 288 km platforma, 292 km platforma, Bartaz, Ağbənd, Alaməlik, 367 km platforma, Ordubad, Dəstə, Aza, 390 km platforma, Aycı, Culfa, 418 km platforma, Dərəşam, 428 km platforma, 440 km platforma, Qızılvəng, 449 km platforma, Naxçıvan, Başbaşı, Qarğalıq, 480 km platforma, Şahtaxtı, Qıvraq, Pusyan, Daşarx, Dərviş, Şərur, Vəlidağ;

Mincivan—Qafan sahəsi üzrə: 4 km platforma, 8 km platforma, yol ayrıcı Zəngilan, 13 km platforma, 15 km platforma, 19 km platforma, 23 km platforma, Şayıflı, 28 km platforma, 30 km platforma;

Bakı—Astara sahəsi üzrə: Novoqolovka, Masallı, 111 km platforma, 113 km platforma, 116 km platforma, Qasımlı, 128 km platforma, Port-İliç, Girdəni, Lənkəran, 156 km platforma, 164 km platforma, Qamışovka, 172 km platforma, 177 km platforma, 183 km platforma, Astara;

Bakı—Yalama sahəsi üzrə: Xaçmaz, Qusarçay, Xudat, Ləcət, Yalama;

Bakı—Tbilisi sahəsi üzrə: Qovlar, Tovuz, Tatlı, Ağstafa, Poylu, Salahlı, Soyuqbulaq, Böyük Kəsik stansiyaları;

Bakı—Qazax sahəsi üzrə: Qazax:

v) Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi.

3.         Sərhəd qoşunlarının əlavə rejim tədbirlərində quruda dövlət sərhəd xəttindən və Azərbaycan sərhəd çaylarında sahildən (su anbarları) 1 km-lik sərhəd zolağı müəyyən edilsin.

Sərhəd zolağına əlavə edilən yaşayış məntəqələri:

Şərur rayonu: Sədərək, Günnüt, Kərki;

Babək rayonu: Böyükdüz, Başbaşı, Qızılvəng, Nehrəm, Birinci Dərəşam, İkinci Dərəşam, Yuxarı Buzqov, Aşağı Buzqov, Kərməçatax;

Culfa rayonu: Culfa, Cuğa, Yaycı, Ərəfsə, Ləkətağ, Boyəhməd;

Ordubad rayonu: Dər, Dəstə, st.Ordubad qəsəbəsi, Ketam, Kilit, Nürgüd, Nəsirvaz, Xurs, Urmis, Parağaçay, Unus, Nüs-Nüs;

Xaçmaz rayonu: Xanlıqoba, Zeyxuroba, Zuxuloba;

Qusar rayonu: Əcəxuroba, Zuxul, Şirvanovka, Kufoba, Yeni Tahircal, Samul, Yuxarı Zeyxur, Ləcət, Girik, Həzrə, Aşağı Nəcəfkənd, Yuxarı Qələnxur, Zuxul, Quxur, Sudur;

Qax rayonu: Qandırqa, Lələli;

Zaqatala rayonu: Aşağı Çardaqlar, Mosul, Kürdəmir;

Balakən rayonu: İtitala, Qoymətala, Darvazbinə, Qazbölük, Şərif, Poştbinə, Mazımçay;

Qazax rayonu: Şıxlı, Kəmərli, Qaymaqlı, Fərəhli, Bağanis-Ayrım, Quşçu Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Abasbəyli, Qızılhacılı, Cəfərli, Bala Cəfərli Sofulu, Barxudarlı, Musaköy;

Samux rayonu: Kəsəmən, Salahlı, Burunqovaq;

Ağstafa rayonu: Köhnəqışlaq, Yaradullu, Tatlı, Sadıqlı, Böyük Kəsik;

Tovuz rayonu: Hacallı, Mügülü, Əlibəyli, Ağdam, Koxa Nəbi, Əsrik Cırdaxan, Ağbulaq, Muncuqlu, Qaralar;

Gədəbəy rayonu: Qaravəlilər, Əyridərə, Göyəli, Cücanlı, Mutudərə;

Kəlbəcər rayonu: Yuxarı Ayrım, Aşağı Ayrım, Dərəqışlaq, Barmaqbinə, Yellicə, Boyur, Vəzirxana;

Laçın rayonu: Sadınlar, Hacılar, Hüsülü, Malıbəy, Cağazur, Zabuğ, Baldırğanlı, Malxələf, Mazutlu, Qazıdərə, Cicimli.

Qubadlı rayonu: Əliquluuşağı, Davudlu, Eyvazlı, Qədirli, Məzrə, Seytas, Yuxarı Cibikli, Aşağı Cibikli, Çardağlı, Tarovlu, Aşağı Xacamusalı, Zor, Mehrili, Fərcan, Göyyal, Çərəli, Böyünəgər, Ballıqaya;

Zəngilan rayonu: Ağakişilər, Ağbiz, Sarılı Xəştab, Aşağı Yeməzli, Orta Yeməzli, Yuxarı Yeməzli, Yeməzli, Seyidlər, Şərikan, Ağkənd, Qazançı, Gəkəli, Gülqışlaq, Pirveyisli, Canbar, Burunlu, Şayıflı, Yusiflər, Qarakol, Nəcəflər, Şatarız, Kolluqışlaq, Razdərə, Sobu, Bartaz, Vejnəli, Vəliqulubəyli, Qarqulu, Dəlləkli, Baharlı, Mincivan, Tiri, Cahangirbəyli, Xurama, Muğanlı, Hacıalılı, Havalı, Zərnəli, Şərifan, Həkəri;

Cəbrayıl rayonu: Dərzili, Məstalıbəyli, Tumıx, Xudafərin, Xələfli, Həsənli, Maşanlı, Alıkeyxanlı, Yanarxac, Əmirvarlı, Sarıcalı, Şıxalıağalı, Şükürbəyli, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Aşağı Maralyan, Böyük Mərcanlı, Çaxırlı, Mehdili, Cocuq Mərcanlı;

Füzuli rayonu: Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Horadiz, Molla Məhərrəmli, Arayatlı, Babı, Böyük Bəhmənli, Bala Bəhmənli, Diləğarda, İkinci Mahmudlu;

Beyləqan rayonu: Araz Zərgər, Əmirzeyitli, İkinci Şahsevən, Birinci Şahsevən, Qaradağlı, Yuxarı Çəmənli, Aşağı Çəmənli;

Cəlilabad rayonu: Dələli, Əsədli, Şatırlı, Buravar, Cəfərli, Ləki, Badamağac;

Yardımlı rayonu: Zovin, Avaş, Pirembel, Arvana;

Lerik rayonu: Yuxarı Amburdərə, Qışlaq, Qilədərə;

Astara rayonu: Züngüləş, Alaşa, Şuvaş, Səncərədi, Məcitməhlə, Artuna, Suparibağ, Seləkəran, Rudəkəran.

4.         Sərhədboyu zonada və sərhədboyu zolaqda sərhədboyu rejim yaradılsın, «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının və başqa şəxslərin gəlməsi, müvəqqəti yaşaması, işlərin görülməsi, motorlu və motorsuz gəmilərin yanalma körpülərində uçota alınması və saxlanılması, onların Xəzər dənizində, sərhədboyu çaylarda və su hovuzlarında Azərbaycan Respublikasına aid olan ərazidə üzməsi nizama salınsın.

Bu maddədə göstərilmiş motorlu və motorsuz gəmilərin yanalma körpülərində uçota alınması və saxlanması hissəsi Astara, Lənkəran və Xaçmaz rayonlarına şamil edilsin.

5.         Azərbaycan Respublikası dövlət sərhədinin qorunması naminə, sərhəd rayonlarının icra hakimiyyəti başçıları texniki çəpərlər düzəltsinlər, sərhədboyu yollar, körpülər salsınlar, başqa obyektlərin tikilməsi üçün sərhəd qoşunlarının müddətsiz istifadəsinə sərhədboyu zolaqda, habelə onun hüdudlarından kənarda 30-50 metr enində lazımi torpaq zolaqları, habelə Azərbaycan Respublikasının dövlət sərhədi boyunca 5 metrlik zolaq sahələri müəyyənləşdirsinlər və təsdiq üçün Nazirlər Kabinetinə təqdim etsinlər.

6.         Azərbaycan Respublikasının sərhədboyu zonada yerləşən məntəqələrinə getmək üçün Azərbaycan Dəmir Yolu İdarəsi, «Azəravtonəqliyyat» və «Azərbaycan Hava Yolları» dövlət konsernləri qatarlarda, nəqliyyatda və təyyarədə (vertolyotda) təlimata uyğun gediş-gəliş sənədləri tərtib etsinlər və onların işçilərinin, sərnişinlərin sənədlərini yoxlamağa dair təlimat hazırlasınlar.

7.         Azərbaycan Dəmir Yolu İdarəsi sərnişin qatarlarını sərhədboyu zonaya və zolağa müşayiət edən sərhəd yoxlama dəstələrinə öz xidməti əməliyyat tapşırığını yerinə yetirmək üçün lazımi şərait yaratsın. Sərnişin qatarını müşayiət edən sərhəd yoxlama dəstəsi üçün xidməti kupe ayırsın.

8.         Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti öz ərazisində sərhəd rejimi haqqında müvafiq təlimat təsdiq etsin.

9.         Azərbaycan dəmiryol və nəqliyyat idarələri sərhəd hissələri komandirləri ilə razılaşdıraraq yollarda, sərhəd ərazisi və məntəqələrinə girişlərdə 15 noyabr 1992-ci ilədək «Sərhəd zonası» və «Sərhəd zolağı» sözləri yazılmış lövhələr vursunlar.

10.       Azərbaycan Respublikasının Səhiyyə və Ədliyyə nazirlikləri sərhədboyu zonada psixonevroloji dispanserlərin (xəstəxanaların) və cəzaçəkmə müəssisələrinin yerləşdirilməsini qadağan etsinlər.

11.       Sərhədboyu rejim qaydalarını pozan şəxslər və buna şərait yaradan müəssisə və təşkilat, tikinti və yataqxana (habelə kolxoz) rəhbərləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi orqanları tərəfindən mövcud qanunvericiliyə əsasən məsuliyyətə cəlb edilsinlər.

12.       Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsi Azərbaycan Respublikası dövlət sərhədinin keçid məntəqələrində nəzarət-buraxılış məntəqələrinin və gömrük nəzarəti məntəqələrinin fəaliyyətini tənzimləyən qaydaları işləyib hazırlasınlar və təsdiq üçün Nazirlər Kabinetinə təqdim etsinlər.

13.       Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti dövlət sərhədi keçid məntəqələrində sanitariya-karantin, baytarlıq və fitosanitar nəzarəti xidmətləri yaratsınlar, onların fəaliyyətini tənzimləyən təlimat və əsasnamələr hazırlayıb Nazirlər Kabinetinin təsdiqinə versinlər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi dövlət sərhədindən incəsənət, xalçaçılıq, antikvar əşyalarının keçirilməsi üçün ekspertiza aparılmasını və sertifikatların verilməsini təmin etsin.

14.       Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi sadələşdirilmiş keçid məntəqələrinin fəaliyyətini tənzimləyən müqavilələr bağlanması üçün həmsərhəd dövlətlərlə danışıqlar aparsın.

15.       Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət sərhədi keçid məntəqələrində yeni yaradılmış baytarlıq və fitosanitar nəzarəti xidmətlərini, sanitariya-karantin və sənətşünaslıq idarələrini maliyyələşdirmə məsələsini həll etsin.

16.       Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş şəxslərin silahlı hücumunu dəf etmək üçün sərhədçilər dəstəsinin silah və hərbi texnika işlətməsi Qaydalarını işləyib hazırlasın və təsdiq üçün Nazirlər Kabinetinə təqdim etsin.

17.       Müdafiə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş hava gəmilərinə, digər uçuş aparatlarına, xarici gəmilərə, o cümlədən sualtı qayıqlara qarşı silah və hərbi texniki işlətmək Qaydalarını işləyib hazırlasın və təsdiq üçün Nazirlər Kabinetinə təqdim etsin.

18.       Nəzarət-buraxılış və gömrük məntəqələri tikintisi üzrə sifarişçi funksiyaları müvafiq surətdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Gömrük Komitəsinə həvalə olunsun.

Azərbaycan Respublikası Dövləttikintikomu nəzarət-buraxılış və gömrük nəzarəti məntəqələri tikintisi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Gömrük Komitəsinin sifarişi ilə layihə-smeta sənədlərini işləyib hazırlasın.

Azərbaycan Respublikası Dövlətiqtisadplankomu və Maliyyə Nazirliyi göstərilən obyektlərin tikintisini maliyyələşdirməyə dair məsələləri həll etsinlər.

19.       Sərhəd rayonlarının icra hakimiyyəti başçıları yuxarıda adı çəkilən obyektlərin tikintisi qurtaranadək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsi orqanlarına xidmət binaları ayırsınlar.

20.       Dövlətiqtisadplankom, Material Ehtiyatları Nazirliyi Azərbaycan Respublikasının dövlət sərhədində nəzarət-buraxılış və gömrük nəzarəti məntəqələri tikintisi üçün müəyyən olunmuş qaydada lazımi maddi-texniki təyinatlı mallar ayırsınlar.

21.       Azərbaycan Respublikası sərhəd nümayəndələrinin siyahısı təsdiq edilsin (1 nömrəli əlavə).

22.       Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması Qaydaları, habelə Azərbaycan Respublikası daxili və ərazi sularında balıq ovu Qaydaları təsdiq edilsin (2 nömrəli əlavə).

23.       Azərbaycan Respublikasının dövlət sərhədində profilaktik zolaq və baytar-sanitar rejimi haqqında qaydalar təsdiq edilsin (3 nömrəli əlavə).

24.       Sərhəd zonasına və zolağına daxil olma və orada istehsal fəaliyyəti ilə məşğul olma Qaydaları təsdiq edilsin (4, 5 nömrəli əlavələr).

25.       Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 8 iyul tarixli 284-23 nömrəli qərarı qüvvəsini itirmiş sayılsın.

Baş nazir

R. HÜSEYNOV

İşlər müdiri

F. MURADƏLİYEV

15 iyul 2000-ci il tarixli, 127 nömrəli; 6 mart 2001-ci il tarixli, 59 nömrəli; 2 iyun 2003-cü il tarixli, 73 nömrəli; 9 aprel 2004-cü il tarixli, 38 nömrəli; 20 aprel 2004-cü il tarixli, 56 nömrəli; 29 iyun 2005-ci il tarixli, 122 nömrəli; 28 yanvar 2009-cu il tarixli, 14 nömrəli qərarlara əsasən dəyişikliklər və əlavələrlə .


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 16 oktyabr tarixli,
560 nömrəli qərarı ilə təsdiq edilmişdir
1 nömrəli əlavə

Azərbaycan Respublikası sərhəd nümayəndələrinin
Siyahısı

Sədərək sahəsi üzrə (Sədərək rayonu) — polkovnik Qulamov Cahangir Rza oğlu;

Naxçıvan sahəsi üzrə (Şərur, Babək, Culfa, Ordubad rayonları) — polkovnik Qulamov Cahangir Rza oğlu;

Cəbrayıl sahəsi üzrə (Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan rayonları) — podpolkovnik Şəfiyev Akif Əli oğlu;

Biləsuvar sahəsi üzrə (İmişli, Biləsuvar, Cəlilabad, Yardımlı rayonları) — polkovnik Qədirov Nizami Duni oğlu;

Astara sahəsi üzrə (Lerik, Astara rayonları) — polkovnik Canməmmədov Rasim Şirqasım oğlu.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 16 oktyabr tarixli,
560 nömrəli qərarı ilə təsdiq edilmişdir
2 nömrəli əlavə

Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması

Qaydaları

1. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi rejimli sahə sayılır və sərhəd qoşunları tərəfindən mühafizə olunur.

2.         Özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin sahil boyu saxlanması, onların üzməsi, balıq sənayesi və dənizin həmin sahəsindəki digər işlərin uçotu hazırki qaydalara müvafiq olaraq icra olunur.

Sərhədboyu zonada, habelə sərhəd qoşunlarının mühafizə etdiyi dəniz sahilinə bitişik rayonların, şəhərlərin, şəhər rayonlarının, qəsəbələrin, kənd sovetlərinin ərazilərində müəssisələrə, idarələrə, təşkilatlara (kolxozlar da daxil olmaqla) və vətəndaşlara məxsus özü hərəkət edən və özü hərəkət etməyən balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmiləri və digər gəmilər müəyyən olunmuş qaydada qeydiyyatdan keçməklə yanaşı, sərhəd qoşunlarının yaxınlığındakı bölməsində qeydiyyatdan keçməli və bu barədə onların sahiblərinin qeydiyyat olunmuş sənədləri üzərinə xüsusi ştamp vurulmalıdır.

Göstərilən gəmilər müəyyən olunmuş dayanacaqlara, körpülərə və məntəqələrə daimi dayanacaq üçün aid edilməli və bu barədə xüsusi qeydiyyat olmalıdır.

3.         Dəniz sahilində 20 km dərinliyə qədər Kür çayında və kiçik Kirov körfəzində istifadə olunan bütün özü hərəkət edən və özü hərəkət etməyən gəmilər də qeydiyyatdan keçməlidirlər.

Sərhəd qoşunları tərəfindən gəmilərin bu bəndində nəzərdə tutulmuş qeydiyyat qaydaları Azərbaycan Respublikasının hərbi gəmiləri və hərbi dəniz qüvvələrinin digər gəmilərinə, Ticarət Gəmiçiliyi Məcəlləsində nəzərdə tutulan dövlət gəmi reyestrini aparan orqanda qeydiyyatdan keçmiş gəmilərə şamil edilmir.

Dövlət gəmi reyestrini aparan orqan qeydiyyata aldığı gəmilərin növü, təyinatı, ölçüləri, adı, qeydiyyat nömrəsi, bağlı olduğu liman, gəminin tutumu, çağırış siqnalı və gəminin mənsub olduğu hüquqi və ya fiziki şəxs haqqında məlumatları Dövlət Sərhəd Xidmətinə təqdim edir.

Liman, bərə və əsaslı məntəqələr, marağı olan təşkilatların, müəssisə və idarələrin (kolxozlarda daxil olmaqla) təqdimatlarına görə, sərhəd qoşunları ilə razılaşdırıldıqdan sonra, yerlərdə İcra hakimiyyətləri tərəfindən yaradılır.

Bütün dayanma körpülərinin, yanalma körpülərinin, yerləşmə məntəqələrinin cənubdan şimala doğru ardıcıl şəkildə nömrəsi olur.

Qurulmuş dayanma körpülərdən, yanalma körpülərdən, yerləşmə məntəqələrindən kənarda və bundan ötrü ayrılmış digər yerlərdən kənarda özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanıb mühafizə olunması və dayanması, adamların mindirilməsi və düşürdülməsi, yüklərin doldurulması və boşaldılması, fəlakət və qəza halları istisna olmaqla qadağan edilir.

Limanların, liman məntəqələrinin rəisləri, onlar olmayan yerlərdə gəmiləri qeydiyyatdan keçirən komissiyalar gəmini texniki müayinədən keçirir və bu barədə gəmi biletinə müvafiq ştamp vurulur və müayinəni keçirən şəxsin imzası qoyulur. Gəmilər texniki cəhətdən nasaz olduqda, onlarda rabitə vasitəsilə və ekipajın hər bir üzvü üçün xilasetmə vasitəsi olmadıqda, onların dənizə çıxması qadağandır.

Qeydiyyatdan keçirilən hər bir gəmiyə qeydiyyat zamanı bort indeksi və qeydiyyat nömrəsi verilir. Bort indeksi yanalma körpüsündə gəminin aid olduğu məntəqəsinin adının birinci iki hərfindən ibarətdir (məsələn: Nərimanabad — «NA», Lənkəran — «LƏ», Kürün mənsəbi — «KÜ», Yalama — «YA»).

Bütün gəmilərdə olmalıdır:

1.        Hər iki bortda aydın görünən:

        - burun hissəsində — bort indeksi və qeydiyyat nömrəsi;

        - dal hissəsində — yazılma limanı və yanalma körpüsünün nömrəsi;

2.        Budkanın damında (gəminin üstündəki əlavə tikilidə və ya yuxarıdan yaxşı görünün yerdə) bort indeksi və qeydiyyat nömrəsi.

Hərflərin və rəqəmlərin hündürlük ölçüsü 40 sm-dən az olmamalıdır. Gəmi açıq rəngdə olduqda hərflər və rəqəmlər qara rənglə, tutqun rəngdə olduqda ağ rənglə yazılır.

3.        Yelkənli gəmilərdə həmin yazılardan başqa yelkənin yuxarı sağ güncündə aydın görünən bortun indeksi və qeydiyyat nömrəsi və ona çərəki kəsirdən sonra yanalma körpüsünün nömrəsi olmalıdır. Hərflərin və rəqəmlərin hündürlüyü 50 sm olmalı, onlar qara rənglə yazılmalıdır.

Gəmilərə verilmiş bort nömrələri, indekslər və daimi dayanmaq üçün yazıldıqları yanalma körpüsünün nömrəsi gəmi biletinə yazılır.

4.         Vətəndaşların dənizin sərhəd qoşunları tərəfindən mühafizə olunan sahilinə gəldiyi özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin onların sahibləri sərhəd qoşunlarının yaxındakı bölməsində müvəqqəti uçota aldırmalı və gəmilər müəyyən olunmuş yanalma körpülərində, daimi dayanma məntəqələrində saxlanılmalıdırlar.

5.         Gəmilərin yenidən məcburi qeydiyyatı hər il yanvarın 1-dən fevralın 1-nə kimi müddətdə keçirilir və bu barədə gəmi biletində qeyd edilir. Gəmiləri qeydiyyatdan keçirməkdən boyun qaçırdıqda, onların sahibləri məsuliyyətə cəlb edilirlər.

6.         Gəmiləri lazımi qaydada saxlamaq üçün bütün yanalma-dayanma körpüləri sərhəd qoşunlarının razılığı ilə əlaqədar təşkilatlar gəmilərin sahibləri tərəfindən təchiz olunurlar.

7.         Hər bir yanalma-dayanma körpüsündə olmalıdır:

azı 1,5 m dənizə tərəf çıxan mühafizə hasarı;

göstərici (iki metrlik dirəyin baş tərəfində taxta üzərində «Körpü №-si» yazılmalıdır);

zəncir və qıfılla qayıqları bağlamaq üçün dayaq (bir neçə dirək basdırılır və onlar tir yaxud trosla birləşdirilir);

gəmiləri qaldırmaq üçün avadanlıq;

yanalma-dayanma körpüsünün ərazisinin elektrik avadanlığı;

kürəkləri, yelkənləri, açılıb-çıxarılan mühərrikləri saxlamaq üçün qapısı qıfıllanan otaq;

gözətçi üçün otaq;

telefon rabitəsi;

gəmilərin getmə və gəlməsinin qeydiyyat jurnalı olmalıdır, jurnalın birinci vərəqində yanalma-dayanma körpüsünə yazılmış gəmilərin siyahısı olmalıdır.

8.         Körpüdəki hər bir gəminin dirəyə bağlamaq üçün daimi yeri olmalıdır. Bunun üçün dirəyə gəminin bort nömrəsi yazılır. Hər gəmi öz yerindəki dirəyə zəncir və qıfılla bağlanır. Kürəklər (avarlar), yelkənlər, açılıb-çıxarılan mühərriklər qıfıllanan ayrı otaqda saxlanılır.

9.         Gəmilərin yanalma-dayanma körpülərinə cavabdeh təşkilatlar həmin körpülərə başçı təyin etməklə gəmilərin qorunmasını təşkil edir. Körpünün başçısı gəmilərin yanalma-dayanma körpülərində düzgün saxlanılmasına, qorunub mühafizə olunmasına və onların dənizə buraxılma qaydalarına riayət olunmasına görə məsuliyyət daşıyır. O gəmiləri dənizə buraxır və onları qəbul edir. Körpülərin, baza məntəqələrinin mühafizəsi ilə əlaqədar, vətəndaşların işə götürülməsi sərhəd qoşunları ilə razılaşdırılır.

10.       Gəmilər körpüdən oğurlandıqda, fırtına vaxtı gəmilər zəncirdən qırıldıqda və dalğalar onu dənizə apardıqda, yaxud təyin olunmuş vaxtda balıq ovundan qayıtmadıqda, körpüyə cavabdeh təşkilat bu barədə dərhal sərhəd qoşunlarının yaxındakı bölməsinə xəbər verməli və onların axtarılması və körpüyə qaytarılması üçün təxirəsalınmaz tədbir görməlidir.

11.       Mühərrikli qayıqlar üçün yanacaq-sürtgü materialları lazım olan qəti normada buraxılır. Gəmilər körpüyə qayıtdıqdan sonra YSM-in qalığı ümumi qaba tökülür. Rejim sularında Üzən gəmilərdə müvafiq gəmi, yük sənədləri, habelə ekipajın və sərnişinlərin şəxsiyyətini təsdiq edən sənədlər, həmçinin Dövlət Sərhəd Xidməti tərəfindən verilən vəsiqə olmalıdır. Gəmilərin kapitanları Dövlət Sərhəd Xidmətinin hərbi gəmilərinin tələbinə əsasən həmin sənədləri təqdim etməlidirlər.

Rejim sularında üzmək üçün gəmilərin dənizə çıxmasına yalnız gəmi sahibi təşkilatların müdiriyyətinin, onların müvafiq qaydada yoxladıqdan və bu barədə qabaqcadan (dənizə çıxmağa azı 6 saat qalmış) Azərbaycan Respublikası DSX-nə məlumat verildikdən, sərhəd qoşunlarının yerli bölməsinin əməkdaşları tərəfindən yanalma körpüsündə (yerləşmə məntəqəsində və ya xüsusi ayrılmış başqa yerdə) gəmi heyəti üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər və gəmi yoxlanıldıqdan, bu barədə Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş vəsiqədə müvafiq qeyd edildikdən sonra icazə verilir. Üzmək üçün dənizə çıxmağa icazə verilməsi haqqında gəmi sahibi təşkilatın nümayəndəsi gəmilərin getmə və gəlməsi barədə jurnalda qeydiyyat aparır. Yuxarıda göstərilən sənədləşdirmə olmadan gəminin dənizə çıxmağa ixtiyarı yoxdur.

12.       Turistlərin və idmançıların dənizə çıxmasına günün işıqlı vaxtında sərhəd qoşunlarının verdiyi buraxılış əsasında qeydiyyatdan keçmiş özü hərəkət edən və özü hərəkət etməyən gəmilərdə, qaranlıq düşənə qədər müəyyən olunmuş körpüyə və baza məntəqəsinə qayıtmaq şərtilə icazə verilir.

Sahildən 2 milə qədər aralanmaqla dənizə çıxmağa icazə verilir.

13.       Gecə-gündüz, gündəlik balıq tutma ilə məşğul olan rejim sularında digər işləri görməyə sərhəd qoşunlarının razılığı ilə, yalnız gəmi yola düşərkən məlumat verildiyi hallarda yol verilir. Ov rayonunun dəyişilməsi haqqında gəminin kapitanı (böyük briqadir) yaxındakı sərhəd bölməsinə, yaxud sərhəd qayığına vaxtında məlumat verilməlidir.

10 millik tənzimlənən balıqçılıq zonasının hüdudundan o yana gündəlik balıq ovuna çıxmaq haqqında təşkilatlar sərhəd qoşunlarına vaxtında məlumat verirlər.

Çoxgünlük balıq ovuna çıxan bütün balıqçı gəmiləri (gəmi qrupu) lazımi rabitə vasitələrilə təmin olunmalıdırlar.

14.       Bütün gəmilər sərhəd qayıqlarının, təyyarələrin, vertolyotların, sahil sərhəd postlarının ilk tələbinə görə öz hərəkətini dayandırmalı, yaxud göstərilən yerə getməlidirlər. Gəmilərin dayanması üçün aşağıdakı xəbərdarlıq işarələri işlədirilir:

gecə vaxtı — sərhəd gəmisindəki dor ağacının başındakı ağ işıqdan yuxarıda yerləşən sərhəd işıqlarının (iki şaquli yaşıl işıq) işə salınır;

bortdan, yaxud sahildən iki yaşıl və bir ağ raket atılır;

gündüz vaxtı — dor ağacında Beynəlxalq Siqnallar Toplusu üzrə «L» (Lima) siqnalı qaldırılır.

15.       Gəmilərin rejim zonası hüdudunda sərhəd qoşunlarının yaxındakı sərhəd hissələrinin razılığı ilə təşkilatların açdıqları kirayə stansiyaları müvəqqəti istifadə üçün verilir.

Gəzinti və idman məqsədi ilə üzmək üçün kirayə gəmilərindən yalnız günün işıqlı vaxtında, sahildən 2 mil aralanmaqla istifadə etməyə icazə verilir.

Kirayə stansiyaları dənizə buraxılan bütün gəmiləri daima müşahidə etməli və onların müəyyən olunmuş qaydalarına əməl etmələrini daima izləməlidirlər. Müəyyən olunmuş qaydaları pozanların sahilə qayıtması üçün tədbir görməkdən ötrü, kirayə stansiyasının ixtiyarında böyük surətə malik olan, hazır vəziyyətdə, növbətçi gəmisi olmalıdır.

Kirayə stansiyasının rəhbəri bu qaydaların və kirayə stansiyası üçün əlavə rejim məhdudiyyətlərinin pozulmasına görə məsuliyyət daşıyır.

Astaraçay çayının mənsəblərindən Lənkəran şəhərinə kimi, həmçinin Yalama şəhəri sahəsindəki sərhəd zonasının hüdudunda dəniz kənarında kirayə stansiyası saxlamaq qadağandır.

16.       Xəzər dənizinin qərb sahilindəki sərhəd zonası hüdudlarında təchiz olunmuş çimərliklər hüdudunda günün yalnız işıqlı vaxtında çimməyə icazə verilir. Hər bir çimərlikdə aşağıdakılar olmalıdır:

çimərliyin sahildə və dənizdəki sərhədini bildirən göstərici;

çimərlikdə olmaq və çimmək qaydaları (Azərbaycan, rus, ingilis dillərində);

bu Qaydalara müvafiq təchiz edilmiş xilasetmə stansiyası və xilasetmə qayıqları olan yanalma körpüsü olmalıdır.

Lazım gəldikdə, Astara və Yalama şəhərlərinin şəhər hüdudlarında sərhəd qoşunları tərəfindən əlavə məhdudiyyətlər müəyyən edilir.

17.       Gəmi sahibi təşkilatların dispetçerləri və rejim sularında üzən bütün gəmilərin kapitanları gəmi sahiblərinə, yaxud bilavasitə sərhədçilərə (zastava, gəmi, nəzarət buraxılış məntəqəsi) dərhal aşağıdakı məlumatları çatdırmalıdırlar:

sərhədi pozanların bizim sahilə çıxarılması, yaxud çıxarılma əlamətləri haqqında, yaxud sərhədi pozanların dənizə getməsi haqqında məlumatlar;

xarici qayıqların, gəmilərin, katerlərin, uçan aparatların görünməsi və hərəkətləri haqqında məlumat;

kiçik qayıqların görünməsi, körpünün sahilə yaxınlaşması (uzaqlaşması) haqqında, həmçinin içərisində adam olan yaxud adamsız kiçik qayıqların açıq dənizdə olması haqqında məlumatlar;

dənizdə köməkçi vasitə üzərində, yaxud onsuz üzgüçü görünməsi haqqında;

gəmilərin körpüdən qaçırılması, yaxud oğurlanması haqqında, həmçinin müəyyən olunmuş vaxtda körpüyə qayıtması, yaxud onların sənədləri hazırlamadan dənizə getməsi haqqında məlumatlar;

dənizdə sualtı qayıqların görünməsi haqqında məlumatlar;

dənizdə üzən adamların gəmiyə qaldırılmasının bütün halları haqqında məlumatlar çatdırılmalıdır.

Dənizdə axtarış vəziyyəti yarandıqda sərhəd hissələri komandirlərinin xahişi ilə gəmi sahibi təşkilatların rəhbərləri (dispetçerləri) onların sərəncamlarındakı rabitə kanalları ilə öz gəmilərinin kapitanlarına axtarış keçirmək, yaxud tapşırılmış rayonda müşahidə aparmaq haqqında tapşırıq verirlər.

Xəzər dənizinin rejim sularında üzərkən qadağan edilir:

sahildən aralanmaq və ya körpüsüz sahilə yan almaq;

dənizə çıxarkən gəmiyə kənar adam götürmək;

qəza və fəlakət hallarından başqa, xarici gəmilərə yaxınlaşmaq və onların komandası ilə danışıqlar aparmaq, hər hansı bir şey və ya əşya almaq və vermək;

sərhəd qoşunlarının xəbəri olmadan gəmini bir körpüdən başqasına vermək;

qabaqcadan yenidən qeydiyyatdan keçirmədən və sərhəd qoşunlarını xəbərdar etmədən gəmini bir sahibindən başqasına verməsi;

nasaz gəmilərin dənizə çıxması və ekipajın hər bir üzvü üçün xilasetmə vasitəsi olmadıqda gəminin dənizə çıxması;

sərhəd qoşunlarının icazəsi olmadan qaranlıq vaxtda sahildə olmaq;

sahildə gəmidən Mayak işığı, yaxud fərqlənmə işığı kimi qəbul edilə bilən işıq tətbiq etmək, yaxud od yandırmaq;

dənizdə fəlakət olmasını bildirən siqnallar istisna olmaqla, ona ixtiyarı olmadan, yaxud müəyyən olunmuş qaydaları pozaraq siqnallar vermək.

18.       Gəmi sahibləri təşkilatların müdiriyyətləri və dispetçer xidmətləri, yanalma-dayanma körpülərinin başçıları sərhəd qoşunları hissələrini dərhal xəbərdar edirlər:

gəmilərin dənizə çıxması və qayıtması barədə xəbər verirlər. Gəmilərin dənizə çıxması haqqında məlumatda göstərilir: gəminin adı (nömrəsi), haradan və hara gedir, çıxma vaxtı təyin olunmuş məntəqəyə, balıqtutma rayonuna çatmasının gözlənilən vaxtı, komandanın sayı (sərnişinlər) haqqında, idman qayıqları üçün əlavə olaraq yürüşün marşrutu, rejim sularına daxil olmanın kontrol məntəqələri göstərilir;

rejim sularına girmə və çıxma vaxtı və yeri haqqında gəmi komandirlərindən məlumat alınan andan sonra bir saat ərzində;

rejim sularında üzən gəmilərin mövqeyi haqqında saat 8.00, 15.00 və 20.00-a olan vəziyyət haqqında;

Balıq sənayesi donanmasının gəmi sahibləri məlumatı 15.00-da və hər dəfə gəmilər ov yerini dəyişdikdə verirlər.

19.       Ultraqısa dalğalı (UQD) radiostansiyası olan bütün gəmilər sərhəd gəmiləri ilə qarşılaşdıqda, 15 mil distansiyada texniki müşahidə postlarına yaxınlaşdıqda sərhəd gəmilərinə UQD-dəki radionövbəni açır və gəminin çağırışı ilə tanınmaq üçün əlaqəyə girir.

20. Gəmi kapitanları Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri və radiotexniki müşahidə məntəqələri ilə vaxtında və düzgün tanınma aparmağa görə şəxsən məsuliyyət daşıyırlar.

21. Tanınmanın aparılması qaydası «Beynəlxalq Siqnallar Toplusu» əsasında müəyyən edilir. Tanınma vizual (projektorlar, fənərlər, pirotexniki vasitələr) və texniki vasitələrlə (UQD radiostansiyaları və s.) aparılır. Tanınma vasitələrini seçmək (əgər xüsusi göstəriş olmayıbsa) etibarlı tanınmanın aparılması, təmin edən şərait və görmə şəraitini nəzərə almaqla, gəmi kapitanına həvalə olunur.

22. Tanınma vizual və ya UQD radiorabitə vasitələri siqnallarının mübadiləsi yolu ilə həyata keçirilir.

Vizual vasitələrlə:

gəmi sərhəd gözətçi gəmisinə, sərhəd radiotexniki müşahidə məntəqəsinə vizual görmə məsafəsinə yaxınlaşdıqda, hər iki tərəfdən tələb olunduqda, kapitan (sərhəd gözətçi gəmisi, radiotexniki müşahidə məntəqəsi) işıq siqnallarından istifadə etməklə, «Beynəlxalq Siqnallar Toplusu»na əsasən çağırışların mübadiləsi yolu ilə tanınma aparmalıdır.

Tanınma üçün gəmi:

ümumi çağırış işarəsini (cavab alana qədər);

7.3.1.2.2. cavab (sorğu) tanınma siqnalını —1 dəfə;

gəminin (sərhəd gözətçi gəmisinin, radiotexniki müşahidə məntəqəsinin) çağırışını (adını) — 1 dəfə verir.

Sərhəd gözətçi gəmisi (radiotexniki müşahidə məntəqəsi) müvafiq cavab siqnalı ilə cavab verir.

Dəniz nəqliyyatı vasitələrinə malik olan təşkilatlar Dövlət Sərhəd Xidməti ilə hər ilin əvvəlində sərhəd sularında üzən gəmilərin çağırışlarının siyahısını dəqiqləşdirməlidirlər.

UQD radiorabitə vasitələri ilə:vizual vasitələrlə tanınma aparmaq mümkün olmadıqda, tanınma UQD radiostansiyası vasitəsi ilə aparılır;

müşahidə məntəqəsinin (sərhəd gözətçi gəmisinin ümumi) çağırışını — 2 dəfə;

cavab tanınma siqnalını — 1 dəfə;

gəminin çağırışını (adını) — 1 dəfə;

müşahidə məntəqəsindən (sərhəd gözətçi gəmisindən) gəmiyə olan pelenqi və məsafəni —1 dəfə;

işin sonu işarəsini — 1 dəfə verir.

Müşahidə məntəqəsi (sərhəd gözətçi gəmisi) ümumi çağırışını —2 dəfə və işin sonu işarəsini — 1 dəfə verməklə cavab verir.

23. Müşahidə məntəqəsi (sərhəd gözətçi gəmisi) vizual vasitələrlə gəmini aşkar etdikdən sonra, əgər gəmi 15 dəqiqə müddətində tanınma aparmazsa, UQD radiorabitə vasitəsi ilə və ya vizual vasitələrlə ümumi çağırış işarəsi verməklə, mülki gəminin ümumi çağırışını tələb etmək hüququna malikdir. Gəmi mütləq qaydada yuxarıda göstərilən tələbləri icra edərək, sərhəd radiotexniki müşahidə məntəqəsi (sərhəd gözətçi gəmisi) ilə tanınma aparmalıdır


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 16 oktyabr tarixli,
560 nömrəli qərarı ilə təsdiq edilmişdir
3 nömrəli əlavə

Azərbaycan Respublikasının dövlət sərhədində profilaktik zolaq və baytar-sanitar rejiminə dair

Qaydalar

Bu Qaydalar xarici dövlətlərdən yoluxucu xəstəliklərin Azərbaycan Respublikası ərazisinə keçməsinin qarşısını almağa yönəldilmiş aşağıda göstərilən ümumi dövlət tədbirləri sistemindən ibarətdir:

dövlət sərhədini (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) keçərək Azərbaycan Respublikasının ərazisinə heyvan adlayarsa, müəyyən edilmiş tədbirlər:

Azərbaycan Respublikasının ərazisindən (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) qonşu dövlətlərə heyvan keçməsi və geriyə qaytarılması zamanı müəyyən edilmiş tədbirlər;

heyvan, heyvandarlıq məhsulları, heyvan mənşəli xammal və taxıl məhsullarının Azərbaycan Respublikasına gətirilməsi, Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasının ərazisindən tranzit kimi keçirilməsi zamanı müəyyən olunmuş tədbirlər;

heyvan, heyvandarlıq məhsulları, heyvan mənşəli xammal və baytarlıq xidməti nəzarətində olan digər yüklərin Azərbaycan Respublikasını əl yükü, sərnişin yükü və poçt göndərmələri şəklində daxil olması zamanı müəyyən edilmiş tədbirlər;

Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində aparılan digər baytarlıq nəzarəti tədbirləri.

1.         Azərbaycan Respublikası ərazisində dövlət sərhədindən (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) heyvan keçidi zamanı müəyyən edilmiş tədbirlər:

1.1.     Azərbaycan Respublikasının dövlət sərhədi boyu heyvanın otlaması və saxlanması qadağan olunmuş profilaktik zolaq müəyyənləşdirilir. Baytar-sanitar rejimini və şəraiti nəzərə almaqla, zolağın eni 100-150 metrdən az olmamaq şərti ilə (dövlət sərhədindən) təyin edilir. Profilaktik zolağa Azərbaycan Respublikası tərəfindən, dövlət sərhədinin həmin hissəsində heyvan otaran kolxoz, sovxoz, digər müəssisə və vətəndaşların hesabına məftildən hasarlar çəkilir.

1.2.     Kolxoz idarə heyəti, sovxoz rəhbərliyi, heyvan və heyvandarlığın vəziyyətinə cavabdeh olan digər müəssisələr və vətəndaşlar aşağıdakıları yerinə yetirməyə borcludurlar:

sərhəd qoşunlarının mühəndis qurğuları ilə Dövlət sərhədi arasındakı zolaqda heyvan saxlanmasının müəyyən edilmiş rejiminə ciddi riayət etməyə;

dövlət sərhədi boyu profilaktik zolağa bitişik ərazilərdə nəzarətsiz heyvan saxlanmasına yol verməməyə;

profilaktik zolağa heyvan keçməsinin qarşısını almaq üçün tədbirlər görməyə.

1.3.     Azərbaycan Respublikası ərazisində dövlət sərhədini keçmiş heyvanlar sərhəd qoşunlarının şəxsi heyəti tərəfindən təcili olaraq geri qaytarılmalıdır.

1.4.     Azərbaycan Respublikasının dövlət sərhədlərindən keçmiş bütün növ heyvanları qısa müddətə geri qaytarmaq mümkün olmadıqda və onlarda hər hansı yoluxucu xəstəliklər müşahidə edilmədikdə, həmin heyvanları karantində saxlamaq üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yerdə olan sərhəd zolaq baytar nəzarət məntəqəsinə təhvil verilir.

Karantin müddəti qurtardıqdan sonra həmin heyvanlar geri sahibinə qaytarılır. Sərhəd pozulan sahədə sərhəd zolaq baytar nəzarəti məntəqəsi olmadıqda, həmin heyvanları ayrıca saxlamaq üçün yaxınlıqdakı kolxozlara (sovxozlara) təhvil verirlər.

Heyvanın saxlanması və təhvil verilməsi haqda sərhəd qoşunları nümayəndələrinin, sərhəd zolaq baytar nəzarət məntəqəsinin, rayon heyvan xəstəlikləri ilə mübarizə stansiyasının (yaxınlıqdakı baytar sahəsinin) nümayəndələrinin iştirakı ilə akt tərtib olunur.

Azərbaycan Respublikasının dövlət sərhədlərini heyvanın pozması haqda respublika Dövlət Baytarlıq Xidmətinə və sərhəd nümayəndələrinin vasitəsi ilə qonşu ölkənin sərhədçilərinə xəbər verilir. Sərhədi keçmiş heyvanlar geriyə sərhədçilərin vasitəsi ilə qaytarılır və bu haqda akt tərtib olunur.

7 gün ərzində saxlanan heyvanın kimə məxsus olması məlum olmadıqda, ətraflı baytarlıq müayinəsindən sonra həmin heyvan kəsilərək əti istifadə edilir.

1.5.     Tutulub saxlanılan heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər ayırd edildikdə, həmin heyvan qrupu bütövlükdə məhv edilməlidir.

Saxlanmış heyvanlar arasında digər yoluxucu xəstəliklər aşkar edilərsə, həmin heyvanların kəsimi, cəsədin və orqanların baytar-sanitar ekspertizası mövcud qaydalara uyğun aparılmalıdır.

Tutulub saxlanan heyvanlarda yoluxucu xəstəlik aşkar edilərsə, təcili olaraq bu haqda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə və yerli baytarlıq xidməti orqanlarına xəbər verilməlidir.

2.         Heyvanların Azərbaycan Respublikası ərazisindən (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) qonşu ölkələrə keçməsi və geriyə qaytarılması zamanı aparılan tədbirlər.

2.1.     Azərbaycan Respublikası təsərrüfatlarına və vətəndaşlarına məxsus tək-tək heyvanlar Azərbaycan Respublikasının ərazisindən qonşu ölkələrə keçərsə və geriyə qaytarılarsa və ya qayıdarsa, həmin heyvanlar saxlanılır, bütün sanitar tədbirlər görülərək, karantində saxlamaq üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yerdə olan sərhəd zolaq baytar-nəzarət məntəqsinə, o olmasa, yerli baytar təşkilatlarının birinə və ya yaxınlıqdakı təsərrüfata aktla təhvil verilir. Karantin dövründə həmin heyvanlar yoluxucu xəstəliklərə müayinə edilir. Yoluxucu xəstəliklər müşahidə edilmədikdə, həmin heyvanlar ümumi qaydalarla və baytar-sanitar tələbləri gözlənilməklə kəsimə verilməlidir. Yoluxucu xəstəliklər müşahidə edildikdə, həmin heyvanlarla 2,5 maddəsində olduğu kimi rəftar edilməlidir.

2.2.     Sərhədyanı rayonlarda yerli hakimiyyət orqanları və sakinlər tərəfindən baxımsız heyvanlar ayırd edilərsə, həmin heyvanlar saxlanılır, karantində və baytarlıq nəzarətində saxlamaq üçün təcili surətdə yaxınlıqdakı sərhəd zolaq baytar nəzarəti məntəqəsinə və ya hər hansı baytarlıq təşkilatına təhvil verilir. Heyvanlar saxlanan yerə yaxın baytarlıq təşkilatı olmasa, saxlanan heyvanlar yaxınlıqdakı kolxoza (sovxoza) və s. təhvil verilir. Kolxoz (sovxoz) rəhbərliyi bu heyvanların yerli heyvanlardan ayrı saxlanmasının təşkil olunmasına borcludurlar.

7 gün ərzində yerli dövlət baytralıq xidməti orqanları mütəxəssislərinin rəylərinə əsasən həmin heyvanların gələcək istifadə qaydası haqqında qərar qəbul olunur.

2.3.     Saxlanan heyvanların vaxtında karantinə qoyulmasının təşkilinin məsuliyyəti təsərrüfat və dövlət baytarlaq xidmətinin təşkilatlarının rəhbərlərinin üzərinə düşür.

2.4.     Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərhəd zolaq baytar nəzarəti məntəqəsində və dövlət baytarlaq xidmətinin təşkilatlarında saxlanan heyvanların karantinə qoyulması və onlara qulluq üçün aşağıdakılar olmalıdır:

a)        avadanlıqlarla təchiz edilmiş izolyatorlar, saxlanan heyvanları karantində saxlamaq üçün ağıllar;

b)        heyvanların qansız üsullarla məhv edilməsi üçün xüsusi qurğu;

v)        avtonəqliyyat və dezinfeksiya qurğuları;

q)        patoloji materialın saxlanması və göndərilməsi üçün xüsusi termoslar və soyuducular;

ğ)        şəxsi müdafiə üçün xüsusi geyim və ayaqqabı komplektləri;

y)        saxlanan heyvanları yemləndirməyə ot tədarükü üçün biçin sahələri.

3.         Azərbaycan Respublikası ərazisinə heyvan, heyvandarlıq məhsulları və heyvan mənşəli xammal gətirilərkən həmin yüklər respublikanın ərazisindən çıxarılarkən və ya tranzit kimi keçərkən gömrük orqanları tərəfindən görülən tədbirlər.

3.1.     Azərbaycan Respublikasının ərazisinə qonşu dövlətlərdən yoluxucu xəstəliklərin keçməsinin qarşısını almaq üçün Azərbaycan Respublikasının sərhədlərindən buraxılış məntəqələrində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, digər əlaqədar nazirliklər və təşkilatlarla birgə şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əşyaların baytar-sanitar nəzarətini təşkil edir. Baytar-sanitar nəzarəti heyvanların, heyvan mənşəli məhsulların, xammalın və yemlərin boşaldılması, daşınması və emalı yerlərində də təşkil edilir.

Dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla heyvanların, heyvan mənşəli məhsulların, xammalın və yemlərin yüklənməsi-boşaldılması, emalı yerlərində dövlət baytarlıq nəzarəti təşkil edilir.

3.2.     Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə əlaqədar nazirliklər və təşkilatlar Azərbaycan Respublikasının sərhədlərində buraxılış məntəqələrində yuma—dezinfeksiya bloku təşkil edirlər.

3.3.     Aidiyyəti qurumlar, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmış qaydada xaricdə işləyən, xaricə ezamiyyətə gedən, xaricə turist gəzintisinə çıxan Azərbaycan Respublikası vətəndaşlarına, həmçinin xarici kompaniya və firmaların nümayəndələrinə heyvanların, heyvan mənşəli məhsul və xammalın və baytarlıq xidmətinin nəzarətində olan digər yüklərin Azərbaycan Respublikasını gətirilməsinin və ya respublikadan çıxarılmasının qadağan olunması və ya məhdudlaşdırılması haqda müəyyən olunmuş qaydada əvvəlcədən məlumat verir.

Qeyd: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin müvafiq sənədi olmadan idarə, təşkilat, müəssisə və vətəndaşlara Azərbaycan Respublikasının ərazisindən bioloji materialın, mikroorqanizmlərin kulturasını, göbələklərin, bakteriyaların, virusların, ibtidailərin, toksinlərin, heyvan və bitki mənşəli zəhərlərin, həmçinin vaksinlərin, serrumların, diaqnostikumların, baytarlıqda işlədilən kimyəvi-farmosevtik maddələrin, heyvanların, quşun, balığın, arının və s. patoloji materiallarının çıxarılması qadağan olunur. Xüsusi hallarda nazirliklərə bioloji materialın respublikanın ərazisindən çıxarmağa icazə verilə bilər.

Xarici ölkələrin ərazisində heyvan və insan üçün ortaq olan yoluxucu xəstəliklərdən heyvanların kütləvi yoluxma halları və ya bu xəstəliklərin yayılma təhlükəsi olarsa, Azərbaycan Respublikasının həmin ölkədə olan səfirliyi bu haqda təcili Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və əlaqədar nazirliklərə, təşkilatlara və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.

3.4.     Azərbaycan Respublikasının ərazisinə və ya qonşu ölkəyə xüsusi təhlükəli xəstəliklərin yayılması təhlükəsi olarsa Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həmin ölkə ilə gediş-gəliş məhdudlaşdırıla və ya tam dayandırıla bilər. Bu zaman həmin ölkə ilə keçid yerində insanların, heyvanların, yüklərin, toxum, səpin materialı və digər heyvan və bitki mənşəli məhsullar üçün karantin də qoyula bilər.

Bu zaman Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi məhdudlaşdırıcı tədbirlərin siyahısını həmsərhəd ölkəyə və əlaqədar nazirlik və təşkilatlara çatdırır.

3.5.     Xarici ölkələrdən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, həmçinin yemin Azərbaycan Respublikasına gətirilməsi buna yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin müvafiq sənədi olduqdan sonra həyata keçirilə bilər.

3.6.     Xaricdən gətirilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, və yemlərin yerləşdirilməsi, saxlanması və istifadə qaydaları həmçinin yemin Azərbaycan Respublikasına gətirilməsi buna yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən təsdiq edilmiş təlimatlara uyğun olaraq həyata keçirilir.

4.         Əl yüklərində, poçt göndərilmələrində heyvan, heyvan mənşəli məhsulların, xammalın və digər baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına daxil olması zamanı aparılan tədbirlər.

4.1.     Heyvanların (quş, balıq və arı da daxil olmaqla), ət, süd və balıq məhsullarının (konservlərdən başqa), heyvan mənşəli xammalın, biopreparatların, mikroorqanizm və toksinlərin kulturasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin müvafiq sənədi olmadan istənilən nəqliyyat növü və poçt göndərmələri ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağan edilir.

Azərbaycan Respublikasının xaricdə olan səfirliklərinə, konsulluqlarına və başqa nümayəndəliklərinə xüsusi təhlükəli xəstəliklərə görə sağlam olan ölkələrdən və həmin ölkənin baytarlıq xidmətinin sertifikatı olarsa, mərkəzləşmiş qaydada heyvandarlıq məhsullarını gətirməyə icazə verilə bilər.

4.2.     Xarici ölkələrdən Azərbaycan Respublikasına müvafiq sənədi olmadan heyvan və bəzək quşları (balıqları) gətirilərsə, belə heyvanlar (bəzək quşları və balıqlar) Dövlət sərhəd baytar nəzarəti məntəqəsi tərəfindən saxlanılır və 30 gün müddətinə karantinə qoymaq üçün yaxınlıqdakı baytar-müalicəxanası və ya stansiyasına göndərilir. Dövlət sərhəd baytar nəzarəti məntəqəsi karantin müddətini göstərməklə, yerli dövlət baytar xidməti orqanlarına bu haqda məlumat verir. Karantinin müddəti qurtardıqdan sonra kliniki sağlam heyvanlar (quşlar, balıqlar) sahibinə qaytarılır. Karantin müddətində saxlanan heyvanlar arasında yoluxucu xəstəlik halları aşkar edilərsə həmin heyvanlar məhv edilir.

4.3.     Azərbaycan Respublikasına sərnişinlərin əl yükü ilə və ya sərnişin yükləri ilə müvafiq sənəd olmadan heyvan mənşəli məhsullar və xammal gətirilərsə, belə yüklər sahibindən alınır, qaynadılır və ya yandırılaraq məhv edilir. Bu haqda sərnişinin və yük sahibinin iştirakı ilə müəyyən olunmuş qayda üzrə akt tərtib edilir.

Müvafiq icazə olmadan Azərbaycan Respublikasına bioloji materiallar daxil olarsa, onlar buraxılış məntəqəsində götürülür və onların gələcəkdə necə istifadə olunması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən müəyyən edilir.

4.4.     Həmsərhəd ölkədən onun ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi haqda məlumat alınarkən, Azərbaycan Respublikasının sərhədlərindən keçid məntəqəsində şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin, dəmir yolu stansiyalarında, avtovağzallarda, dəniz limanlarında, aeroportlarda, digər əşyaların, əl yüklərinin, sərnişinlərin paltar və ayaqqabılarının dezinfeksiyası aparılır. Bu məqsədlə keçidlərdə kameralar, dezinfeksiya döşəkləri, əlüzyuyanlar quraşdırılır. Beynəlxalq poçtlarda poçt göndərmələrinin (kisələrin, qabların) müəyyən edilmiş qaydada Dövlət sərhəd baytar nəzarəti məntəqələrinin nəzarəti altında sanitar işləmələri aparılır.

4.5.     Əl yüklərində və sərnişin yüklərində heyvanlar və heyvan mənşəli məhsullar və xammal Azərbaycan Respublikasına gətirilərkən və ya respublikadan çıxarılarkən, onlara baytarlıq nəzarəti edilməsində gömrük təşkilatları köməklik etməli, belə yükün keçməsi haqda dövlət sərhəd baytar nəzarəti məntəqəsinin nümayəndəsinə məlumat verməli, beynəlxalq poçt göndərmələri zamanı isə gömrük qətnaməsinin hər nüsxəsində və siyahıda «dövlət baytar nəzarətinə təqdim etmək» qeydiyyatını etməlidirlər.

5.         Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində aparılan digər baytarlıq nəzarəti tədbirləri məqsədi ilə gömrük orqanları:

5.1.     Azərbaycan Respublikasının sərhədlərində baytar nəzarəti məntəqəsinin baytar həkimləri dəniz limanlarında bütün xarici respublika gəmilərini, aeroportlarda beynəlxalq xətt üzrə uçan təyyarələri, sərhəd dəmiryolu stansiyalarında sərnişin qatarlarını və Dövlət sərhədindən buraxılış məntəqələrindən keçən bütün növ nəqliyyat vasitələrini baytar baxımından keçirirlər.

5.2.     Azərbaycan Respublikasını xaricdən gəmi daxil olarsa, həmin gəmidən bütün növ heyvanların, heyvan mənşəli məhsulların və xammalın kənara çıxarılmasına, həmçinin gəminin komandanlığının və sərnişinlərin xarici ölkələrdən alınmış ət məhsulundan istifadə etməsinə icazə verilmir.

5.3.     Azərbaycan Respublikasının neytral sularında, dəmiryolu boyu sahələrə və dəmir yolu stansiyalarında ölmüş heyvan cəsədlərinin, yeyinti qalıqlarının, döşəmə materiallarının və yem qalıqlarının atılması qadağan olunur.

Beynəlxalq dəniz limanı, aeroport, dəmir yolu stansiyası və avtovağzalların rəhbərliyi təyyarələrdən, vaqon-restoranlardan, gəmilərdən, həmçinin liman və avtovağzalların ərazisində yerləşən yeməkxanalardan toplanan yeyinti və digər qalıqların xüsusi ayrılmış yerlərdə toplanmasını, zərərsizləşdirilməsini və utilə edilməsini təşkil edir.

5.4.     Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Respublikası Dəmir Yolu İdarəsi, «Azərbaycan Hava Yolları» konserni, «Azərbavtonəqliyyat» konserni, digər müvafiq nazirlik və baş idarələr Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikasına heyvan mənşəli məhsullar və xammal, həmçinin yem daxil olan dəniz limanlarında, sərhəd dəmir yolu stansiyalarında, beynəlxalq aeroportlarda və avtovağzallarda yükləmə-boşaltma meydançalarının yük daşıdıqdan sonra boşaldılmış gəminin, təyyarələrin, vaqonların və avtonəqliyyatın yuyulması, dezinfeksiyası və dezinseksiyası üçün dezinfeksiya kompleksləri (texniki avadanlıqlarla təchiz etməklə) tikintisini həyata keçirməlidirlər. Bu komplekslərdə gəmilərdən, təyyarələrdən, qatarlardan və avtomaşınlardan yığılmış zibilin və yeyinti qalıqlarının yığılması və utilə edilməsi üçün xüsusi avadanlıqla təchiz olunmuş məntəqənin tikintisi nəzərdə tutulmalıdır. Göstərilən zibil və qalıqların şəhər zibilliklərinə daşınması qadağandır.

Qaydalara dair izahat

Azərbaycan Respublikasının dövlət sərhədlərində bütün növ nəqliyyat vasitələri ilə daşınan, o cümlədən bütün növ göndərmələrdə (əl yükü də daxil olmaqla) aşağıdakılara gömrük orqanları tərəfindən baytarlıq nəzarəti aparılır:

heyvanlar-atlar, qaramal, qoyun-keçi, donuzlar, marallar, itlər, pişiklər, zoopark heyvanları, sirk heyvanları, laboratoriya heyvanları və digər növ heyvanlar, ev və zoopark quşları (toyuqlar, ördəklər, hind toyuqları, qazlar və s.), həmçinin diri ev quşları, xərçənglər, balıqlar, kürü və arılar;

heyvanların sperması, embrionları (ziqotaları);

heyvan mənşəli çiy məhsullar və yarımfabrikatlar-heyvan cəmdəkləri, onların sümükləri və orqanları, duza qoyulmuş, hisə verilmiş və ya başqa üsullarla konservləşdirilmiş ət, donuz piyi, kəsilmiş quş və ya ev quşları, hisə verilmiş məhsullar, piy, süd, və digər çiy süd məhsulları, balıq və çiy balıq məhsulları, həmçinin yumurta, bal və başqa heyvan mənşəli məhsullar;

heyvan mənşəli xammal işlənməmiş dəri və xəz dəri, yün, sümük, dırnaq, buynuz, bağırsaqlar, tük, lələk, qurudulmuş qan, endokrin xammalları və s.;

yem-taxıl yem məhsulları, pambıq çiyidi və qabığı, qarışıq yem, qaba yemlər, cecə və başqaları (sümük, ət unu, balıq unu və başqa yem əlavələri) həmçinin bitki mənşəli qablaşdırma vasitələri (ot, küləş və s.);

bioloji preparatlar-serumlar, peyvənd vasitələri, diaqnostikumlar, plazmidlər, o cümlədən gen mühəndisliyi üsulu ilə alınanlar, həmçinin göbələklərin, bakteriyaların, virusların, heyvanların yoluxucu xəstəliklərinin törədicilərinin diri kulturası.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 16 oktyabr tarixli,
560 nömrəli qərarı ilə təsdiq edilmişdir
4 nömrəli əlavə

Sərhəd zonasına daxil olmaya və istehsalat işlərinə dair Qaydalar

1.         Pasportu və pasportda yaşayış yerinin qeydiyyatı olan Azərbaycan Respublikasının bütün vətəndaşları Azərbaycan Respublikasının bütün sərhəd zonasının çərçivəsində azad hərəkət edə bilərlər.

Valideyn və ya 16 yaşına qədər olan uşaqları müşayiət edən şəxslər sərhəd zonasına daxil olmaq istərsə, həmin uşağın doğum haqqında şəhadətnaməsi lazım olan vaxt təqdim edilməlidir.

2.         Ali, orta və xüsusi məktəblərin tələbə və şagirdləri, pasportu olmayan halda və oxumağa getməmişdən əvvəl sərhəd zonasının sakini olubsa, tədris aldığı məktəbin verdiyi tələbə vəsiqəsi və yerli icra hakimiyyətinin verdiyi arayışla sərhəd zonasına daxil ola bilər.

3.         Azərbaycan Respublikasına gələn xarici dövlətlərin vətəndaşları, yerlərdə DİN orqanları tərəfindən şəxsi ərizə (izahat), çağırış, göndəriş və sairə kimi sənədə əsasən verilən vəsiqə, ezam vərəqəsi və tibbi-istirahət putyovkasına görə sərhəd zonasına daxil ola bilərlər.

4.         Azərbaycan Respublikasında yaşamayan bir qrup şəxslərin sərhəd zonasına daxil olması üçün vəsiqə, həmin qrupun rəhbərinin (başçısının) adına onun müşayiət etdiyi şəxslərin sayının göstərilməsi şərti ilə verilir.

Belə olan hallarda daxili işlər orqanlarında təsdiq olunmuş, məsul şəxslərin imzası, idarə və təşkilatların möhürü ilə təsdiq olunmuş, ad və familiyaları qeyd edilmiş siyahı verilən vəsiqəyə əlavə olunur. Siyahıda adları çəkilən şəxslər hər biri ayrılıqda sərhəd zonasına onların şəxsiyyətini təsdiq edən vəsiqə ilə daxil olurlar.

5.         Hərbiçi, prokurorluğun işçiləri və müstəntiqləri, onların şəxsiyyətini təsdiq edən vəsiqə, xidməti təlimat vərəqəsi, ezamiyyət və məzuniyyət sənədləri buraxılış vəsiqəsi ilə sərhəd zonasına daxil olurlar.

6.         Beynəlxalq daşıma ilə məşğul olan müəssisə və təşkilatların daimi heyəti və ya xidməti tələbatdan asılı olaraq sərhəd zonasında dəmiryolu və maşın yolu, həmçinin neft və qaz magistrallarının, rabitə və elektrik xətlərinin təmiri və istismarı ilə məşğul olan heyət, onlar üçün müəyyən olunmuş vəzifə və iş məntəqələrinə (reys, marşrut) görə öz xidməti vəsiqələrinə əsasən sərhəd zonasına daxil olurlar.

7.         Nəqliyyat idarə və təşkilatları vətəndaşlara bilet və ya yol sənədlərini, sərhəd zonasında müəyyən olunmuş məntəqəyə qədər onların şəxsiyyətini təsdiq edən sənədlərə əsasən, xarici vətəndaşlar isə buraxılış vərəqəsinə əsasən satışına əməl edirlər. Sərhəd zonasına daxil olmaq üçün müvafiq sənədlərin olmadığı halda, sərhəd zonasına vətəndaşlara bilet satan olarsa, həmin şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşımış olurlar.

8.         Tranzitlə avtobus və qatarla sərhəd zonasından keçən şəxslərə, sərhəd zonasının məntəqələrində dayanmaq qadağan olunur.

9.         Sərhəd zonasında ovçuluğa aid qaydalar sərhəd qoşunları ilə razılaşdırılmalıdır. Sərhəd zolağı və Azərbaycan Respublikası dövlət sərhədi və mühəndis-texniki qurğular arasında ovçuluq etmək qadağandır.

10.       Azərbaycan Respublikası dövlət sərhədi və mühəndis-texniki qurğular arasındakı sərhəd zolağı və məntəqələrdə, müxtəlif tikinti işləri, ağacların kəsilməsi və başqa işlərin aparılması Azərbaycan Respublikasının beynəlxalq müqavilələri əsasında təbii fəlakətin qarşısını almaq, yoluxucu-infeksiya xəstəliklərinə qarşı mübarizə tədbirlərini həyata keçirmək və tikinti işlərindən başqa, sərhəd qoşunları ilə razılaşdırıldıqdan sonra əməl olunur.

Sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılması, mal-qaranın saxlanılması və otarılması, kütləvi-ictimai tədbirlərin keçirilməsi qadağandır.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 16 oktyabr tarixli,
560 nömrəli qərarı ilə təsdiq edilmişdir
5 nömrəli əlavə

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin sərhəd zolağında istehsalat fəaliyyəti ilə məşğul olmağa dair

Qaydalar

Vətəndaşların buraxılışı, sərhəd dəstəsinin rəisi və onun müavinlərinin xüsusi təyin olunmuş yerlərdən və müəyyən olunmuş vaxta görə yazılı icazələrinə əsasən verilir:

sovxoz, kolxoz, idarə və təşkilatın işçilərinə yerlərdə işin görülüb qurtarması vaxtının təyin olunması ilə, altı aydan çox olmamaq şərti ilə zastavanın rəisi tərəfindən verilmiş xüsusi buraxılışla;

MN, DİN və MTN-nin hərbiçiləri, hərbi hissələrin komandirlərinin imzası ilə hazırlanmış siyahılara görə və həmin siyahıların müvafiq nəzarət orqanlarının təsdiqindən sonra xüsusi vəsiqəyə əsasən;

yerli MTN-yi orqanlarının əməkdaşları xidmət etdikləri məntəqələrə xidməti və ezam vərəqələrində həmin orqanların rəislərinin imzasına əsasən keçid yeri göstərilməklə buraxılır.

Sərhəd zolağında və texniki-mühəndis qurğularının arxa tərəfinə buraxılış ancaq zastavanın özü tərəfindən verdiyi buraxılış sənədinə əsasən icra olunur.

Sərhəd zolağında aparılan iş yerlərində və həmçinin texniki-mühəndis qurğuları arxasında, bu işlərdə fəaliyyət göstərən şəxslərə və onların yerlərdə hərəkətinə, sərhəd dəstələrinin nəzarəti altında icra olunur.

Sərhəd zonalarında müəssisə və təşkilat rəhbərlərinə həmin zonaya daxil olma və yaşamaq barədə sənədi olmayan şəxslərin işə qəbul edilməsi qadağan olunur.

Müəssisə və təşkilat rəhbərləri görüləcək işlərin hansı yerlərdə aparılması barədə sərhəd bölmələrinə əvvəlcədən məlumat verməli və işlərin aparıldığı yerlərdə sərhəd rejiminin pozulmaması üçün müvafiq tədbirlər görməlidir.

Sərhəd zolaqlarında və texniki-mühəndis qurğularının arxa tərəfindən görüləcək işlər yalnız gün işığında icra olunur, lakin vacib olarsa, sərhəd rəhbərlərinin razılığı ilə həmin işlər gecə də görülə bilər.

Dövlət sərhədində vəziyyət kəskinləşərsə, sərhəd qoşunları əlavə vaxtın qısaldılması rejimlərini də tətbiq edə bilər. Həmin rejimlər bunlardan ibarətdir: sərhəd zolağına daxil olmağın ixtisarı və ya tamamilə daxil olmağı qadağan etmək; mal-qaranın otarılan yerlərin ixtisarı; sərhəd yaxınlığında əhalinin olması vaxtının azaldılması; sərhəd zolağında gediş-gəlişi dayandırmaq; müxtəlif üzmə vasitələrinin dənizdə, çayda və başqa hovuzlarda hərəkətinin qadağan olunması və s.