Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi –
general-polkovnik Quliyev Elçin İsağa oğlu
22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmişdir.

1988-ci ildən həqiqi hərbi xidmətdədir. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif zabit vəzifələrində xidmət etmiş, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 27 mart 2001-ci il tarixli 450 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli təhlükəsizlik nazirini müavini – Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 15 avqust 2001-ci il tarixli 556 nömrəli Fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-leytenant, 15 avqust 2014-cü il tarixli 683 nömrəli Sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.

Ailəlidir. Dörd övladı var.