Polkovnik-leytenant Atakişiyev İntiqam Vahid oğlu

Polkovnik-leytenant Atakişiyev İntiqam Vahid oğlu

Azərbaycan Respublikasının Milli Qəhrəmanı polkovnik-leytenant Atakişiyev İntiqam Vahid oğlu 7 aprel 1974-cü ildə Qəbələ rayonunda anadan olub.

1981-1991-ci illərdə Qəbələ rayonunun Tüntül kənd orta məktəbində, 1991-1992-ci illərdə isə Bakı şəhəri 61 saylı texniki peşə məktəbində oxuyub.

İntiqam Atakişiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək qalxıb.

O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib.

İ.Atakişiyev 1995-ci ildən 2004-cü ilədək «N» saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib.

İ.Atakişiyev 1992-1994-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib.

1995-ci ilin mart ayında dövlət çevrilişi etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində şəxsi igidlik və şücaət göstərib.

İ.Atakişiyevin dövlətin qorunmasında xidmətləri yüksək qiymətləndirilib və dahi öndərimiz Heydər Əliyevin 1995-ci il 4 aprel tarixli 307 saylı Fərmanı ilə İntiqam Vahid oğlu Atakişiyev «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb.

Polkovnik-leytenant İntiqam Atakişiyev hazırda Sərhəd Qoşunlarında xidmət edir, vətənpərvərlik, sərhədsevərlik nümunəsi göstərir.

Baş leytenant Əliyev Əmiraslan Rza oğlu

1960 - 1995

Baş leytenant Əliyev Əmiraslan Rza oğlu

1960 - 1995
30.08.1960-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Sərhəd Diviziyasının DSMB-də baş zabit vəzifəsində xidmət edib. 17.03.1995-ci ildə dövlət çevrilişinə edilən cəhdin qarşısının alınması zamanı həlak olub.

4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.10.1995-ci il tarixli qərarı ilə Naxçıvan Sərhəd Diviziyasının «N» saylı sərhəd zastavasına Azərbaycanın Milli Qəhrəmanı baş leytenant Əliyev Əmiraslan Rza oğlunun adı verilib.

Baş leytenant Məmmədov Eldar Harun oğlu

1968 - 1993

Baş leytenant Məmmədov Eldar Harun oğlu

1968 - 1993
10.01.1968-ci ildə Bakı şəhərində anadan olub. Sərhəd Qoşunları İdarəsinin Kadrlar şöbəsinin zabiti vəzifəsində xidmət edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından 23.02.1993-cü ildə həlak olub.

11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.10.1995-ci il tarixli qərarı ilə Göytəpə Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasına Azərbaycanın Milli Qəhrəmanı baş leytenant Məmmədov Eldar Harun oğlunun adı verilib.

Gizir Cəfərov Faiq Əliqulu oğlu

1974 - 1999

Gizir Cəfərov Faiq Əliqulu oğlu

1974 - 1999
01.05.1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində anadan olub. «Bakı» ƏNBM-də 3-cü bölmənin nəzarətçisi vəzifəsində xidmət edib. Dövlət çevrilişinə edilən cəhdin qarşısının alınması zamanı şəxsi şücaət və igidlik göstərib.

27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb.

21.08.1999-cu ildə avtomobil qəzasında həlak olub.

Kursant Mansurov Bəhruz Qəhrəman oğlu

1975 - 1995

Kursant Mansurov Bəhruz Qəhrəman oğlu

1975 - 1995
13.03.1975-ci ildə Yardımlı rayonunun Telavar kəndində anadan olub. 1993-cü ildə Bakı Ali Komandirlər Məktəbinə daxil olub. 1995-ci ilin mart ayında dövlət çevrilişinə edilən cəhdin qarşısının alınması zamanı həlak olub.

4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb.

Azərbaycan Resublikası Nazirlər Kabinetinin 02.10.1995-ci il tarixli qərarı ilə Göytəpə Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasına Azərbaycanın Milli Qəhrəmanı kursant Mansurov Bəhruz Qəhrəman oğlunun adı verilib.

Əsgər İsgəndərov Eltun Xaləddin oğlu

1990 - 2008

Əsgər İsgəndərov Eltun Xaləddin oğlu

1990 - 2008
21.10.1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olub. 22.10.2008-ci ildə hərbi xidmətə çağırılıb. Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində qulluq edib.

2009-cu il iyun ayının 18-də Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında dövlət sərhədinin qorunması üzrə döyüş tapşırığını yerinə yetirərkən sərhəd pozucularının atdığı qumbaranın üstünü bədəni ilə örtərək komandirlərinin və əsgər yoldaşlarının həyatını öz həyatı bahasına xilas edib.

25 iyun 2009-cü il tarixli 349 saylı Fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb.

  • 19.07.1958-ci ildə Lənkəran rayonunun Kirov qəsəbəsində anadan olub. Lənkəran Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavası rəisinin müavini vəzifəsində xidmət edib. 15.02.1993-cü ildə dövlət sərhədinin mühafizəsi zamanı qar uçqunu nəticəsində həlak olub.
  • 10.01.1967-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub. Horadiz Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasının rəisi vəzifəsində xidmət edib. 15.06.1996-cı ildə dövlət sərhədinin mühafizəsi zamanı aldığı güllə yarasından vəfat edib.
  • 25.04.1978-ci ildə Sumqayıt şəhərində anadan olub. Göytəpə Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasının rəis müavini vəzifəsində xidmət edib. 17.09.2003-cü ildə dövlət sərhədinin mühafizəsi zamanı aldığı güllə yarasından vəfat edib.
  • 25.07.1961-ci ildə Sabirabad rayonunun Kələqayın kəndində anadan olub. SQİ (Sərhəd Qoşunları İdarəsi) qoşunların hazırlığı və şəxsi heyətlə iş üzrə şöbənin zabiti vəzifəsində xidmət edib. 07.12.1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı mina partlayışı nəticəsində həlak olub. 11.12.1994-cü ildə «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunub. Nazirlər Kabinetinin 02.10.1995-ci il tarixli qərarı ilə Horadiz Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasına leytenant Bədəlov Tahir Ərrəhman oğlunun adı verilib.
  • 03.02.1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Şəmkir Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavası rəisinin müavini vəzifəsində xidmət edib. 18.11.2002-ci ildə dövlət sərhədinin mühafizəsi zamanı aldığı güllə yarasından vəfat edib.
  • 15.05.1976-cı ildə Dəvəçi rayonunun Çayqaraqaşlı kəndində anadan olub. Göytəpə Sərhəd Dəstəsində ÇHT-nin taqım komandiri vəzifəsində xidmət edib. 17.01.2008-ci ildə dövlət sərhədinin mühafizəsi zamanı aldığı güllə yarasından vəfat edib. 18.08.2008-ci ildə «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunub.
  • 08.01.1966-cı ildə culfa rayonunda anadan olub. Naxçıvan Sərhəd Diviziyasının QHB-nin kimya hazırlığı rəisi vəzifəsində xidmət edib. 03.06.1993-cü ildə dövlət sərhədinin mühafizəsi zamanı aldığı güllə yarasından həlak olub.
  • 02.12.1953-cü ildə Rusiya Federasiyasının Volqaqrad şəhərində anadan olub. Horadiz Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasının rəisi vəzifəsində xidmət edib. 26.10.1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı mina partlayışı nəticəsində həlak olub.
  • 30.12.1965-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. Lənkəran Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasının təminat qrupunun komandiri vəzifəsində xidmət edib. 15.02.1993- cü ildə dövlət sərhədinin mühafizəsi zamanı qar uçqunu nəticəsində həlak olub.
  • 09.07.1965-ci ildə Ordubad rayonunun Aşağı Aza kəndində anadan olub. Naxçıvan Sərhəd Diviziyasının «N» saylı sərhəd zastavası rəisinin müavini vəzifəsində xidmət edib. 19.02.1993-cü ildə dövlət sərhədinin mühafizəsi zamanı aldığı güllə yarasından həlak olub. Nazirlər Kabinetinin 02.10.1995-ci il tarixli qərarı ilə Naxçıvan Sərhəd Diviziyasının «N» saylı sərhəd zastavasına gizir Ələkbərov Qulam Novruz oğlunun adı verilib.
  • 27.10.1967-ci ildə Füzuli rayonunun Mahmudlu kəndində anadan olub. Horadiz Sərhəd Dəstəsinin SSB anbar rəisi vəzifəsində xidmət edib. 26.10.1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı mina partlayışı nəticəsində həlak olub.
  • 27.10.1964-cü ildə Qusar rayonunun Fərzəlioba kəndində anadan olub. Göytəpə Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasında zastava rəisinin şəxsi heyət üzrə müavini vəzifəsində xidmət edib. 15.12.1993-cü ildə dövlət sərhədinin mühafizəsi zamanı aldığı güllə yarasından vəfat edib.
  • 05.06.1979-cu ildə Dəvəçi rayonunun Təzəkənd kəndində anadan olub. Lənkəran Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasında baş texnik vəzifəsində xidmət edib. 07.09.2002-ci ildə dövlət sərhədinin mühafizəsi zamanı aldığı güllə yarasından vəfat edib. 17.08.2004-cü ildə «Sərhəddə fərqlənməyə görə» medalı ilə təltif olunub.
  • 20.05.1953-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub. 24.10. 1992-ci ildə Beyləqan RHK-dan hərbi xidmətə çağırılıb. 11.11.1993-cü ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində «OZM-72» piyada əleyhinə mina partlayışı nəticəsində həlak olub.
  • 01.10.1969-cu ildə Füzuli rayonunun Pirəhmədli kəndində anadan olub. 21.10.1992-ci ildə Füzuli RHK-dan hərbi xidmətə çağırılıb. 24.10.1993-cü ildə erməni işğalçılarının hücumları zamanı Füzuli rayonunun Qazaxlar kəndi ərazisində mühasirədən çıxan zaman Araz çayında boğularaq həlak olub.
  • 05.05.1969-cu ildə Zəngilan rayonunun Vecnəli kəndində anadan olub. SQİ buraxılış bürosunun növbətçisi vəzifəsində xidmət edib. 03.06.1994-cü ildə metroda partlayış zamanı həlak olub.
  • 1974-cü ildə Ağsu rayonunda anadan olub. 1992-ci ilin noyabrında Ağsu RHK-dan hərbi xidmətə çağırılıb. 28.11.1994-cü ildə xidməti vəzifələrini yerinə yetirərkən sərhəd pozucuları ilə silahlı toqquşma zamanı həlak olub.
  • 16.09.1973-cü ildə cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. 12.10.1991-ci ildə cəlilabad RHK-dan hərbi xidmətə çağırılıb. Naxçıvan Sərhəd Diviziyasının «N» saylı sərhəd komendantlığının ehtiyat sərhəd zastavasında xidmət edib. 05.02.1995-ci ildə xidməti vəzifələrini yerinə yetirərkən sərhəd pozucuları ilə silahlı toqquşma zamanı həlak olub. Şəhid adının əbədiləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 02.10.1995-ci il tarixli qərarı ilə Naxçıvan Sərhəd Diviziyasının «N» saylı sərhəd zastavasına çavuş Xəlilov Natiq Tarverdi oğlunun adı verilib.
  • 30.08.1973-cü ildə Sumqayıt şəhərində anadan olub. 28.10.1995-ci ildə Bakı metropolitenində baş vermiş yanğın zamanı hərbi və vətəndaşlıq borcuna sadiq qalaraq qatardakı sərnişinləri xilas edərkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 24.12.1998-ci il tarixli Fərmanı ilə «İgidliyə görə» medalı ilə təltif olunub.
  • 19.02.1987-ci ildə Qax şəhərində anadan olub. 2005-ci ilin iyul ayında Qax RHK-dan hərbi xidmətə çağırılıb. Təlim dövrü başa çatdıqdan sonra F.Mirzəyev 007-ci sərhəd gözətçi gəmisinə elektromexanika döyüş hissəsinin baş elektriki vəzifəsinə, daha sonra həmin döyüş hissəsinə mühərrikçi vəzifəsinə təyin olunub. 28.08.2006-cı il tarixdə dövlət sərhədinin mühafizəsi zamanı gəmidə elektrik şəbəkəsində baş verən qəza zamanı elektrik cərəyanı vurması nəticəsində həlak olub.
  • 20.08.1974-cü ildə anadan olub. Binəqədi RHK-dan hərbi xidmətə çağırılıb. Lənkəran Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasında xidmət edib. 1997-ci ilin mart ayında xidməti vəzifələrinin icrası zamanı həlak olub.
  • 21.07.1982-ci ildə Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 15.07.2003-cü ildə Şəmkir RHK-dan hərbi xidmətə çağırılıb. 14.05.2004-cü ildə Horadiz Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin mühafizəsi üzrə əmri yerinə yetirən zaman «QAZ-66» markalı avtomaşınla minaya düşüb və partlayış nəticəsində həlak olub.
  • 28.07.1974-cü ildə Balakən rayonunda anadan olub. 21.09.1992-ci ildə Balakən RHK-dan hərbi xidmətə çağırılıb. 09.04.1993-cü ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 11.10.1974-cü ildə Salyan rayonunun Zərgərli kəndində anadan olub. 1992-ci ildə Salyan RHK-dan hərbi xidmətə çağırılıb. 20.07.1993-cü ildə Füzuli rayonunun Xələfşə kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 27.10.1981-ci ildə Bakı şəhərində anadan olub. 06.07.2003-cü ildə Xətai RHK-dan hərbi xidmətə çağırılıb. 14.05.2004-cü ildə Horadiz Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin mühafizəsi üzrə əmri yerinə yetirən zaman «QAZ-66» markalı avtomaşınla minaya düşüb və partlayış nəticəsində həlak olub.
  • Zərdab RHK-dan hərbi xidmətə çağırılıb. Lənkəran Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasında xidmət edib. 1995-ci ildə xidməti vəzifələrinin icrası zamanı həlak olub.
  • 08.01.1985-ci ildə Gəncə şəhərində anadan olub. 22.10.2003-cü ildə Gəncə şəhəri Nizami RHK-dan hərbi xidmətə çağırılıb. 14.05.2004-cü ildə Horadiz Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin mühafizəsi üzrə əmri yerinə yetirən zaman «QAZ-66» markalı avtomaşınla minaya düşüb və partlayış nəticəsində həlak olub.
  • 05.07.1973-cü ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub. 31.07.1992-ci ildə Xətai RHK-dan hərbi xidmətə çağırılıb. 24.11.1993-cü ildə cəbrayıl rayonunun Xudafərin kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 30.11.1973-cü ildə anadan olub. Nəsimi RHK-dan hərbi xidmətə çağırılıb. Lənkəran Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasında xidmət edib. 1996-cı ildə xidməti vəzifələrinin icrası zamanı həlak olub.
  • 25.06.1979-cu ildə Laçın rayonunun Daşlı kəndində anadan olub. 16.07.1998-ci ildə Laçın RHK-dan hərbi xidmətə çağırılıb. 20.08.1999-cu ildə «N» saylı sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədinin pozulmasının qarşısını alarkən İran İslam Respublikasının vətəndaşları tərəfindən atılmış güllə nəticəsində aldığı yaradan həlak olub. 17.08.2001-ci ildə «İgidlyə görə» medalı ilə təltif olunub.
  • 07.07.1974-cü ildə Şirvan şəhərində anadan olub. 29.09.1992-ci ildə Şirvan ŞHK-dan hərbi xidmətə çağırılıb. 20.07.1993-cü ildə Füzuli rayonunun Xələfşə kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 02.04.1974-cü ildə Ağsu rayonunun Ağalarbəyli kəndində anadan olub. 24.07.1992-ci ildə Ağsu RHK-dan hərbi xidmətə çağırılıb. 26.10.1993-cü ildə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində həlak olub.
  • Nərimanov RHK-dan hərbi xidmətə çağırılıb. Lənkəran Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasında xidmət edib. 1995-ci ildə xidməti vəzifələrinin icrası zamanı həlak olub.
  • 18.07.1974-cü ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Yasamal RHK-dan hərbi xidmətə çağırılıb. 24.10.1993-cü ildə cəbrayıl rayonunun Çaxırlı kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 15.06.1975-ci ildə cəlilabad rayonunda anadan olub. 2001-ci ilin oktyabr ayında Cəllabad RHK-dan hərbi xidmətə çağırılıb. Respublikanın hüquq-mühafizə orqanları tərəfindən 10 ildən artıq müddətdə axtarışda olan qatı cinayətkar Hacı Maqomedovun silahlı quldur dəstəsi ilə 2002-ci ilin iyul ayının 12-də döyüşə girib, dövlət sərhədinin toxunulmazlğının təmin edilməsində qəhrəmanlıq nümu¬nəsi, şəxsi igidlik və şücaət göstərərək həlak olub. Azərbaycan Respublikasının Prezidentinin 16 avqust 2002-ci il tarixli 751 saylı fərmanı ilə əsgər İsmayılov Anar Əliağa oğlu «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.
  • 23.03.1973-cü ildə anadan olub. Lənkəran RHK-dan hərbi xidmətə çağırılıb. Lənkəran Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasında xidmət edib. 03.03.1993-cü ildə xidməti vəzifələrinin icrası zamanı həlak olub.
  • 20.04.1985-ci ildə Quba rayonunun Barlı kəndində anadan olub, 01.07.2003-cü ildə Quba RHK-dan hərbi xidmətə çağırılıb. Naxçıvan Sərhəd Diviziyasının «N» saylı sərhəd zastavasında xidmət edib. 19.01.2004-cü ildə sərhəd zastavasının sol cinahında «Sərhəd gözətçisi» xidmətində vəzifələrini yerinə yetirərkən sərhəd pozucuları ilə silahlı toqquşma zamanı ağır yaralanıb. 03.05.2004-cü ildə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında vəfat edib. Azərbaycan Respublikası Prezidentinin 30.07.2004-cü il tarixli Fərmanı ilə «İgidliyə görə» medalı ilə təltif olunub.
  • 01.12.1974-cü ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 03.12.1992-ci ildə Füzuli RHK-dan hərbi xidmətə çağırılıb. 09.04.1993-cü ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 09.05.1973-cü ildə Masallı rayonunda anadan olub. 1992-ci ildə Masallı RHK-dan hərbi xidmətə çağırılıb. 12.02.1994-cü ildə cəbrayıl rayonunun cocuq-Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 30.05.1982-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olub. 12.07.2000-ci ildə Balakən RHK-dan hərbi xidmətə çağırılıb. 24.04.2001-ci il tarixdə Göytəpə Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədinin pozulmasının qarşısını alarkən İran İslam Respublikasının vətəndaşları tərəfindən atılmış güllə nəticəsində aldığı yaradan həlak olub. 17.08.2001-ci ildə «İgidlyə görə» medalı ilə təltif olunub.
  • 01.07.1974-cü ildə Ağdam rayonunun Paşabəyli kəndində anadan olub. 06.10.1992-ci ildə Ağdam RHK-dan hərbi xidmətə çağırılıb. 24.11.1993-cü ildə cəbrayıl rayonunun Xudafərin kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 10.08.1974-cü ildə Qəbələ rayonunun Çarxana kəndində anadan olub. 28.09.1992-ci ildə Qəbələ RHK-dan hərbi xidmətə çağırılıb. 09.04.1993-cü ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 18.06.1974-cü ildə Masallı rayonunda anadan olub. 1992-ci ildə Masallı RHK-dan hərbi xidmətə çağırılıb. 12.02.1994-cü ildə cəbrayıl rayonunun cocuq-Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 23.09.1973-cü ildə Bakı şəhərində anadan olub. 14.10.1992-ci ildə Nəsimi RHK-dan hərbi xidmətə çağırılıb. 26.01.1994-cü ildə Füzuli rayonunun Qazaxlar kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 27.12.1983-cü ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. 20.07.2003-cü ildə Yevlax RHK-dan hərbi xidmətə çağırılıb. 14.05.2004-cü ildə Horadiz Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin mühafizəsi üzrə əmri yerinə yetirən zaman «QAZ-66» markalı avtomaşınla minaya düşüb və partlayış nəticəsində həlak olub.
  • 14.09.1973-cü ildə anadan olub. Sumqayıt ŞHK-dan hərbi xidmətə çağırılıb. Lənkəran Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasında xidmət edib. 09.03.1993-cü ildə xidməti vəzifələrinin icrası zamanı həlak olub.
  • 24.11.1975-cü ildə anadan olub. Sumqayıt ŞHK-dan hərbi xidmətə çağırılıb. Lənkəran Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasında xidmət edib. 18.01.1993-cü ildə xidməti vəzifələrinin icrası zamanı həlak olub.
  • 05.03.1989-cu ildə Şəki rayonunun Aşağı Göynük kəndində anadan olub. 2007-ci ilin aprel ayında Şəki RHK-dan hərbi xidmətə çağırılıb. Təlim dövrü başa çatdıqdan sonra komanda-idarəetmə mərkəzinin 2-ci texniki müşahidə məntəqəsinə atıcı vəzfəsinə təyin edilib. 13.07.2007-ci ildə cənub Katerlər divizionuna göndərilib. 17.11.2007-ci il tarixdə dövlət sərhədinin mühafizəsi zamanı sərhədboyu recimə riayət olunması qaydalarını yoxlayarkən suya düşərək boğulub.
  • 20.09.1974-cü ildə Bakı şəhərində anadan olub. 29.09.1992-ci ildə Binəqədi RHK-dan hərbi xidmətə çağırılıb. 06.11.1993-cü ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 14.08.1974-cü ildə İmişli rayonunda anadan olub. 01.10.1992-ci ildə İmişli RHK-dan hərbi xidmətə çağırılıb. 11.01.1994-cü ildə Füzuli rayonunun Qazaxlar kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • 21.04.1974-cü ildə anadan olub. Balakən RHK-dan hərbi xidmətə çağırılıb. 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olub.
  • 20.12.1974-cü ildə anadan olub. Astara RHK-dan hərbi xidmətə çağırılıb. Lənkəran Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasında xidmət edib. 03.03.1999-cu ildə xidməti vəzifələrinin icrası zamanı həlak olub.
  • 16.11.1974-cü ildə anadan olub. Füzuli RHK-dan hərbi xidmətə çağırılıb. Lənkəran Sərhəd Dəstəsinin «N» saylı sərhəd zastavasında xidmət edib. 02.08.1993-cü ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
  • Əsgər Əliyev Vüqar Hidayət oğlu
  • Əsgər Əsədov Samir Aqil oğlu
  • Əsgər Əzizov Rəşadət Məhəmməd oğlu
  • Əsgər Həsənov Emin İslam oğlu
  • Əsgər Həsrətov Mürvət Möhübbət oğlu
  • Əsgər İsmayılov İsrail Sərdar oğlu
  • Əsgər İsrafilov Fəxrəddin Siracəddin oğlu
  • Əsgər Qurbanov Əli Qurban oğlu
  • Əsgər Məhərrəmov Vurğun Ələsgər oğlu
  • Əsgər Məmmədov Vüqar Rahib oğlu
  • Əsgər Mustafayev Anar Arif oğlu