Dövlət Sərhəd Xidmətinə hərbi xidmətə (işə) qəbul üçün lazımı sənədlərin siyahısı və ərizənin nümunəsi
Əgər siz E-imza sahibisinizsə, bu halda siz Elektron Xidmətlər Portalında, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin "Sərhəd Xidmətinə qəbul üçün elektron anket" - səhifəsinə daxil olub, elektron anketinizi göndərə bilərsiniz. Əks halda aşağıdakı elektron anketlərdən istifadə edə bilərsiniz.

Hansı sənədləri toplamalıdır:


  1. Anket (ailə tərkibi haqda məlumatlar və əlaqə telefonu dəqiq olmalıdır)
  2. Tərcümeyi-hal
  3. DSX-ya qəbul barəsində ərizə
  4. 2 ədəd 3x4 rəngli şəkil
  5. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti
  6. Özünün və bütün yaxın qohumlarının (həyat yoldaşı, ata, ana, qardaş, bacı, övlad, həyat yoldaşının atası, anası, bacısı, qardaşı) şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri
  7. Təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti
  8. Hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq edilmiş surəti.
Sənədlər (anket və digər sənədlər) (hərbi biletin, attestatın, şəxsiyyət vərəqəsinin və doğum haqqında şəhadətnamənin surətləri) tam olmadıqda qəbul olunmayacaq.