İctimayyətə elanlar
ELAN Dövlət Sərhəd Xidmətinin aparatında keçirilən vətəndaşların qəbulunun qeydiyyatı qaydalarında dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən vətəndaşların qəbulunun qeydiyyatı şəxsiyyət vəsiqəsini təqdim etməklə hər ayın sonuncu həftəsinin 1-ci günü saat 9:00-dan 12:00-dək aparılacaqdır. Vətəndaşların qəbulu əvvəlki qaydalara uyğun olaraq hər ayın sonuncu həftəsinin 6-cı günü keçiriləcəkdir. Dövlət Sərhəd Xidməti >>>
Müəllimlərin işə qəbulu AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN AKADEMİYASI AŞAĞIDAKI TƏDRİS FƏNLƏRİ ÜZRƏ İXTİSASLI MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNU ELAN EDİR: Dövlət İdarəetmə Nəzəriyyəsi; Bələdiyyə İdаrəçiliyi; Elektrotexnika; Metalşünaslıq; İstilik texnikası; Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma; Maşınqayırmada keyfiyyətin normallaşdırılması; Avtomatlaşdırmanın əsasları; Maşın və mexanizmlər nəzəriyyəsi; Materiallar müqaviməti; Konstruksiya materiallarının texnologiyası; Hidravlika və hidravlik maşınlar; Maşın istehsalı texnologiyası; Əməyin mühafizəsi; Maşın hissələri və konstruksiya etmənin əsasları; Uçuş aparatının (təyyarə) və mühərriklərinin konstruksiyasının əsasları; Uçuş aparatının (vertolyot) və mühərriklərinin konstruksiyasının əsasları; Aviasiya silahları; Naviqasiya və radio naviqasiyasının əsasları; Hava gəmilərinin cihaz avadanlığı və elektrik sistemləri; Ekologiya; Statistika; Menecment; Strateji menecment; Anti-böhranlı idarəetmə; Regional iqtisadiyyatın idarə edilməsi; Kommersiya fəaliyyətinin əsasları; Riyaziyyat; İnformasiya iqtisadiyyatı; Ekonometrika; Naviqasiya və dəniz astronomiyası; Dəniz hüququ; Gəmi kommunikasiyası, radiotexniki vasitələr; Gəmi sürücülüyünün texniki vasitələri, döyüş hazırlığının təşkili və metodikası; Akademiyaya işə qəbul olunmaq istəyənlər müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər: Təhsili və elmi dərəcələri haqqında sənədlərin əsli; Şəxsiyyəti təsdiq edən sənəd, doğum haqqında şəhadətnamə; Əmək kitabçasından çıxarış; Tərcümeyi-hal; Elmi >>>