Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli 2271 nömrəli Sərəncamı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

«general-leytenant» ali hərbi rütbəsi:

general-mayor İsmayıl Bayram oğlu Əkbərova

general-mayor İlham İsmayıl oğlu Mehdiyevə

«general-mayor» ali hərbi rütbəsi:

polkovnik Elşən Ələkbər oğlu Verdiyevə.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 16 avqust 2016-cı il.

№ 2271