Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 3090 nömrəli Sərəncamı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

«Vətənə xidmətə görə» 2-ci dərəcəli ordeni ilə

Tağıyev Rəsul Afiq oğlu — polkovnik

«Vətənə xidmətə görə» 3-cü dərəcəli ordeni ilə

Abdullayev Cavid Mirhəmzə oğlu — general-mayor

Sadiqov Rəşad Heydər oğlu — general-mayor

Cəlilov Zəki Yəmli oğlu — polkovnik

Verdiyev Elşən Ələkbər oğlu — polkovnik

«Vətən uğrunda» medalı ilə:

Xəlilov Əsgər Sabir oğlu — general-mayor

Musayev İzzəddin Heydər oğlu — polkovnik

Bağırov Ramin Sabir oğlu — polkovnik-leytenant

Neymətov Ramin Əsədulla oğlu — polkovnik-leytenant

Niftullayev Zaur Rəşid oğlu — polkovnik-leytenant

Şirinov Azər Əliyusif oğlu — polkovnik-leytenant

«İgidliyə görə» medalı ilə:

Qocayev Bağır İbrahim oğlu — polkovnik

Quliyev Elçin Sahib oğlu — polkovnik

Əkbərov Yusif Mürsəl oğlu — baş leytenant

Mirzəliyev Sənan Radil oğlu — gizir

Zamanov Vüqar Allahverdi oğlu — baş çavuş

«Hərbi xidmətlərə görə» medalı ilə:

Ələkbərov Azad Qaçay oğlu — general-mayor

Şəfiyev Akif Əli oğlu — general-mayor

Məmmədov Elmar Cümşüd oğlu — polkovnik

Nəsibov Rəfail Məhərrəm oğlu — polkovnik

Ağayev Rəşad Nazir oğlu — polkovnik-leytenant

Balakişiyev Əfqan Qərib oğlu — polkovnik-leytenant

Cəfərov Səmid Yaqub oğlu — polkovnik-leytenant

Qafarov Vəzir Əkbər oğlu — polkovnik-leytenant

Mirzəyev Ceyhun Ulduzxan oğlu — polkovnik-leytenant

Nəsirli Anar Abdulla oğlu — polkovnik-leytenant

Bağırov Gündüz Baxış oğlu — mayor

Məmmədov Samir Adil oğlu — mayor

Seyidməmmədov Müşfiq Cəbrayıl oğlu — 3-cü dərəcəli kapitan

Savzixanov Radik Savzixan oğlu — 3-cü dərəcəli kapitan

Əliyev Abbas Cəlal oğlu — kapitan

Əsgərov Taleh Nizami oğlu — kapitan

Rüstəmov Zəka İsrafil oğlu — kapitan

Sultanov Vüsal Eynulla oğlu — kapitan

Abdurahmanov Rəşad Fəxrəddin oğlu — baş leytenant

Ələkbərov Babək Mürsəl oğlu — baş leytenant

Nəzərli Yaşar Fuad oğlu — baş leytenant

Xanhüseynov Nəvai Qərib oğlu — baş leytenant

Bağırov Əli Şəmsəddin oğlu — leytenant

Bayramov Elşən Mütəllim oğlu — leytenant

İsgəndərov Veyis Nurəddin oğlu — leytenant

Haciyev Elnur Rasim oğlu — gizir

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 28 avqust 2013-cü il

№ 3090