Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 avqust tarixli 2393 nömrəli Sərəncamı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıda adları göstərilmiş hərbi qulluqçularına general-mayor ali hərbi rütbə verilsin:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi polkovnik Əfqan Vəli oğlu Nağıyevə

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin birinci müavini — Maddi-Texniki Təminat Qərargahının rəisi polkovnik Cavid Mirhəmzə oğlu Abdullayevə

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi polkovnik Azad Qaçay oğlu Ələkbərova

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 14 avqust 2012-ci il

№ 2393