Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mulki işçilərinin vəzifə (tarif) maaşlarının, hərbi rütbəyə görə maaşlarının və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının artırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
S Ə R Ə N C A M I

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mulki işçilərinin vəzifə (tarif) maaşlarının, hərbi rütbəyə görə maaşlarının və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının artırılması haqqında



Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mulki işçilərinin vəzifə (tarif) maaşları, hərbi rütbəyə görə maaşları və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə (tarif) maaşları və hərbi rütbəyə görə maaşları səviyyəsində müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə (tarif) maaşlarını, hərbi qulluqçuların hərbi rütbəyə görə maaşlarını təsdiq etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam 2002-ci il noyabr ayının 1-dən qüvvəyə minir.

Heydər Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 8 oktyabr 2002-ci il
N 1055