Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması haqqında



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradılsın.

2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnaməni, Xidmətin struktrunu və işçilərin ümumi say tərkibini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərən-camdan irəli gələn məsələləri həll etsin. 

Heydər Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 31 iyul 2002-ci il
N 740