Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinə və strukturuna əlavə və dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinə və strukturuna əlavə və dəyişiklik edilməsi barədə



1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli, 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti haqqında Əsasnamənin 3-cü bəndində «Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatı,» sözlərindən və 17.9-cu bəndində «mərkəzi aparatın strukturuna daxil olan qurumlar,» sözlərindən sonra «sərhəd diviziyası,» sözləri, 17.8-ci bəndində «mərkəzi aparatın strukturuna daxil olan qurumların,» sözlərindən sonra «sərhəd diviziyasının,» sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli, 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturunun «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hissələri, orqanları və təşkilatları» bölməsində «Naxçıvan» sərhəd dəstəsi» sözləri «Naxçıvan» sərhəd diviziyası» sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli, 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi qüvvədən düşmüş hesab edilsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. 

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, « 14 » yanvar 2004-cü il
N 13-1 fər.